Haqqımızda
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi artıq 20 ildir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği ilə məşğuldur və bu sahədə Daxili İşlər Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, digər beynəlxalq və yerli təşkilatlarla sıx əməkdaşlıq edir. Təşkilatımızın müxtəlif proqramları müvafiq dövlət qurumları ilə birgə tərəfdaşlıq şəraitində həyata keçirilir və ölkənin müxtəlif bölgələrini əhatə edir.
2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə qüvvəyə minmiş “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının və baxımsızlığın profilaktikası” haqqında Azərbaycan respublikasının qanunun icrası məsələlərinə rəhbərlik və koordinasiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Bu qanundan irəli gələrək 2007-ci ildə Daxili İşlər Nazirliyi və UNİCEF ilə sıx əməkdaşlıqda Bakı şəhərində “Cinayət və hüquq pozuntusu törətmiş uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” və “Uşaq Hüquqları Klinikası” da yaradılmışdır, bununla yanaşı 2010-cu ildə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF ilə əməkdaşlıqda və Azercell Telecomun dəstəyi nəticəsində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin və 2011-ci ildə “Zorakılıq və cinayətin qurbanı olmuş uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzinin” yaradılmışdır. Yuxarıda qeyd edilən Sosial Xidmət Mərkəzləri hazırda da öz fəaliyyətini davam etdirirlər.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edərək nə ilə bağlı danışmaq olar?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng etdiyiniz zaman sizi dost kimi dinləyən, problemlərinizi aydınlaşdırmaqda sizə yardımçı olan və sizə hörmətlə yanaşan məsləhətçi ilə danışmaq imkanı əldə edirsiniz.
Əgər Siz ruh düşkünlüyü hiss edirsinizsə, qorxursunuzsa, öz problemlərinizi aydınlaşdırmaqda çətinlik çəkirsinizsə, təzyiqə və zorakılığa məruz qalmısınızsa, çıxılmaz vəziyyətə düşmüsünüzsə, psixoloji sarsıntı keçirmisinizsə bizimlə əlaqə saxlayın. “Azərbaycan Uşaq Qaynar” xidmətinin məsləhətçiləri mümkün olan kömək və yardımı Sizə göstərəcəklər. Əgər siz telefonda öz problemlərinizi danışmaqdan qorxur və ya danışmaqdan çəkinirsinizsə, sizin icazəniz və istəyinizlə sizə yaxın şəxs (rəfiqəniz, dostunuz, valideyniniz, qəyyumunuz və s.) bunu edə bilər.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloq, hüquqşünas və sosial işçilərdən ibarətdir.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə hüquq pozuntusu ilə bağlı zəng edə bilərəmmi?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində hüquq pozuntusu ilə bağlı müraciət edə bilərsiziniz. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinədə çalışan hüquqşünas qanunvericilik çərçivəsində sizi və sizin valideynlərinizi maraqlandıran məsələlərlə bağlı telefon vasitəsilə hüquqi məsləhət verə bilər.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə edilən zənglər məxfidirmi və mənim anonimliyim qorunurmu?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin ən vacib prinsiplərindən biri məxfilikdir. Siz bizə zəng edərkən özünüz barəsində heç bir şəxsi məlumat verməyə bilərsiniz. Sizin telefon nömrələriniz qeyd olunmur və söhbətin audio yazılışı aparılmır. Yalnız uşağın və valideynin icazəsi olduqda problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırıla bilər.
Mən Rus dilində danışa bilərəmmi?
Bəli. Bizim məsləhətçilər rus dilində də danışır və sizə yardım etməyə hər an hazırdırlar.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edərkən mənimlə aparılan söhbət necə olacaq?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət etdiyiniz zaman siz keçirdiyiniz hislərdən və üzləşdiyiniz problemdən asılı olaraq sizi narahat edən istənilən mövzu haqqında danışa bilərsiniz. İlk olaraq zəng edənin problemi dinlənilir, ətraflı təhlil olunur və onun həlli yolları müəyyən olunur. Problemin həlli yolunu siz özünüz seçirsiniz. İstənilən halda söhbətin idarə olunması sizin ixtiyarınızdadır.
Əməkdaşlarımız:
-Etibar edə biləcəyiniz; Probleminizdən asılı olmayaraq sizə ittiham etməyən;
- Probleminizi qəbul etməyi bacaran;
- Problemi dərk edən;
- Kömək və yardım etmək üçün ixtisaslaşan;
- Qaynar xəttə daxil olan zənglərə nəzarət edən şəxslərdir.
- Xoşqədəm Quliyeva (Psixoloq - Koordinator)
- Aynur Məmmədova (Psixoloq)
- Elmir Musazadə (Sosial işçi)
Uşaqlara qarşı məişət zorakılığı, etinasızlıq, cinsi, fiziki və psixoloji zorakıklıq hallarının aradan qaldırılması məqsədilə 2011-ci ilin Avqust ayında Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansı, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi De-İnstitutlaşma İdarəsi ilə birgə və Azercell Telekom Şirkəti, Oak Fondunun dəstəyi iilə Azərbaycanda ilk dəfə “Zorakılıq və cinayətin Qurbanı olan Uşaq və Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013) elan edilmiş sosial sifarişin qalibi kimi, təşkilatımızın həmin mərkəzi “Sosial Təhlükəli vəziyyətdə olan Zorakılıq qurbanı və Cinayət qurbanı olan Uşaqların Reabilitasiyası” layihəsi çərçivəsində 2013-cü ilin İyun ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onlara sosial-psixoloji-hüquqi yardım göstərir.
Mərkəzin xidmətləri kənd və şəhərdə yaşayan:
- hər hansı cinayət və zorakılıq, o cümlədən, ailədaxili zorakılıq, cinsi, fiziki və psixoloji zorakılıq, zorlanmaya və ya təcavüzə məruz qalan,
- habelə işgəncə, məcburi yerdəyişmə, döyülməyə məruz qalan, istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilməyə məruz qalan,
- valideynlərini və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən, həmyaşıdlar tərəfindən təzyiqlə üzləşən,
- insan və uşaq hüquqlarının pozulmasından stres keçirən,
- müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaq və gənclərə ixtisaslaşmış yardım göstərməyə yönəlmişdir.
Mərkəzdə fiziki, emosional, cinsi zorakılığa məruz qalmış və etinasızlıqdan əziyyət çəkən uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti sığınacaq yaradılmışdır ki, burada 5-18 yaş arasında olan, yuxarıda sadalanan müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altında olan hər bir uşaq qəbul edilir və onların gələcəkdə cəmiyyətə normal adaptasiya olmaları istiqamətində reabilitasiya işləri həyata keçirilir.
Reabilitasiya işləri bitdikdən sonra uşaqlar, gənclər və onların ailələri ilə vaxtaşırı əlaqə saxlanılaraq, ümumi vəziyyətə nəzarət edilir.
2007-ci il avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, ATƏT-in Bakı Ofisi və Uşaq Hüquqları üzrə QHT Alyansı arasında bağlanmış Əməkdaşlıq Memorandumuna əsasən yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqlar arasında cinayətkarlığın önlənməsi məqsədilə xüsusi pilot layihə həyata keçirilir. Bu memorandum əsasında 15 sentyabr 2007-ci il tarixində “Ümidli Gələcək” Gənclər Təşkilatı, Uşaq Hüquqları üzrə QHT Alyansı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, Böyük Britaniya Səfirliyi, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Esseks Universiteti ilə birgə Qanunla Ziddiyyətdə olan Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013) " Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial - Hüquqi Xidmətlərin təşkili layihəsi çərçivəsində Mərkəz artıq 2013-2014 cü illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi əsasında cinayyət törətmiş uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirilmişdir.
2015-ci ildə etibarən Mərkəz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, Ədliyyə Nazilriyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqlar arasında cinayətkarlığın önlənməsi məqsədilə Qanunla Ziddiyyətdə olan Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi öz fəaliyyətini davam etdirir.
Uşaq Hüquqları Klinikası İnsan Hüquqları üzrə Müvəkkillə (Ombudsman) əməkdaşlıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Bilrliyi tərəfindən 15 sentyabr 2007-ci il tarixində Bakı şəhərində təsis olunub.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013)"Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial--Hüquqi Xidmətlərin təşkili layihəsi çərçivəsində Mərkəz artıq 2013-cü ilin İyun ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi əsasında uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir.
Uşaq Hüquqları Klinikasının vəzifələlri:
- Uşaq hüquqlarının təbliği və milli səviyyədə ictimai vəkillik və maarifləndirmənin təşkili;
- Kliniki təhsilin inkişaf etdilrilməsi yolu ilə Uşaq Hüquqları sahəsində hüquqşünasların əməkdaşlığının yaradılması;
- Uşaqlara pulsuz hüquqi yardımların göstərilməsi;
- Uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə məhkəmələrdə müdafiə işinin həyata keçilrilməsi;
- Yuvenal ədliyyə sahəsində gənc hüquqşünasların hazırlanması;
- Uşaqların Hüquqi müdafiəsi sahəsində ixtisaslaşmış peşəkar hüquqşünasların hazırlanması.