Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan Uşaq Qaynar Xətti tərəfindən kütləvi maarifləndirmə aksiyaları həyata keçirilir:
Uşaq Hüquqları aylığı çərçivəsində Azərbaycan Uşaq Qaynar Xətti ölkədə uşaq hüquqlarının qorunması və onlara dəstək məqsədilə Bakı Metropoliteninin stansiyalarında geniş miqyaslı maarifləndirmə aksiyaları həyata keçirir.
Aksiya zamanı Bakı metrosunun müxtəlif stansiyalarında sərnişinlərə, xüsusilə də uşaqlara və valideynlərə, qaynar xəttin xidmətləri barədə məlumat verən bukletlər və digər materiallar təqdim olunur. Bu materiallar vasitəsilə uşaqların və onların valideynlərinin qaynar xəttə müraciət edərək lazımi dəstəyi almasının əhəmiyyəti vurğulanır.
Bu tədbir Azərbaycan Uşaq Qaynar Xəttinin uşaqların rifahını qorumaq və onların hüquqlarını təmin etmək istiqamətindəki fəaliyyətlərinin bir hissəsidir.