Hörmətli izləyicilər!
Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstəyimiz davam edir!
Yuvenal Ədliyyə Mərkəzində qeydiyyatda olan yetkinlik yaşına çatmayan gənclərdən biri kollecə qəbul olmaq üçün sənəd qəbulunda iştirak edərək bu prosesi uğurla başa vurub. Mərkəzin sosial işçisi tərəfindən gəncin güclü tərəfləri və qarşılaşa biləcəyi risklər müəyyən edilib və buna uyğun şəkildə kollecə müraciət prosesi həyata keçirilib.
Bu uğur, hər bir uşağın və gəncin təhsil almaq və cəmiyyətə inteqrasiya olunmaq hüququnun təmin edilməsinin vacibliyini bir daha sübut edir. Biz onların yanında olmağa, dəstək göstərməyə və daha parlaq gələcək qurmaq üçün yolları birlikdə açmağa davam edirik!