25 Mart 2006


“Məktəb Uşağın Dostudur” Layihəsi Üzrə Seminar Keçirilmişdir.


AzərTAc xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF), Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə martın 24-də “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində seminar keçirilmişdir.


Təhsil naziri Misir Mərdanov təhsil sahəsində görülən işlər barədə məlumat vermiş, layihə üzrə yaradılmış işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.


UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer “Məktəb uşağın dostudur” layihəsinin əhəmiyyətindən danışmış, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı verilən tövsiyələrin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır.


Seminarda təhsilin inkişaf etdirilməsi, məktəbin uşaqlar üçün daha yararlı mühitə çevrilməsi yolları araşdırılmış, layihə üzrə 5 əsas element - effektivlik, müdafiə, inklüziv/hərtərəfli təhsil, sağlamlıq, həmçinin valideynlərin və icmanın təhsil prosesinə cəlb olunması məsələləri müzakirə edilmiş, müvafiq strukturlara tövsiyələr hazırlanmışdır.