Küçə uşaqlarının “quş qripi”nə yoluxma ehtimalı böyükdür.

Çünki onların qidası atılmış ərzaqlardır Azərbaycan Uşaqlar Birliyindən “OLAYLAR”a bildiriblər ki, küçə uşaqlarının “quş qripi” virusuna yoluxma ehtimalı böyükdür. Çünki küçə uşaqları şəxsi gigiyena qaydalarına riayət etmir, əksər hallarda isə zibilxanalardan qidalanır: “Digər tərəfdən, uşaqların xəstəliklə bağlı məlumatı azdır. Sorğuya cəlb edilmiş 50 uşaqdan 6-sı “quş qripi” haqqında eşidib. Lakin onun yayılma yolları və mübarizə metodlarından bixəbərdir. Uşaqların 80 faizi küçəyə atılmış məhsullarla qidalanır. Səhiyyə Nazirliyi və uşaq problemləri ilə məşğul olan digər dövlət qurumları bu məsələyə diqqət yetirməlidir”. Hazırda ölkədə 7-10 min arasında küçə uşağının yaşadığını bildirən birlikdən deyiblər ki, təcili tədbirlər görülməyəcəyi halda yüzlərlə uşağın virusa yoluxma təhlükəsi qalacaq. Səhiyyə Nazirliyindən deyiblər ki, küçə uşaqlarının virusa yoluxma məsələsi müzakirə edilməyib. Lakin bununla bağlı təkliflər irəli sürülərsə, nazirlik kömək göstərə bilər. Bakı şəhər İcra Hakimiyyəti isə bütün küçə uşaqlarını daimi yaşayış yeri ilə təmin etmək tədbirlər planı hazırlamır.