Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının dəstəyilə Hamı Bərabərdir – Hamı Müxtəlifdir adlı Avropa Kampaniyası çərçivəsində MDB ölkələrindən olan kənd rayonlarının gənc liderləri üçün İnsan Hüquqlarına Əsaslanmış Proqramlaşdırmaya dair düşərgə təşkil edir. Bu yenilikçi pilot layihə kənd yerlərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin fəaliyyətlərinin stimullaşdırılmasını, onların bir-biriləri ilə insan və uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində təcrübə mübadiləsi aparmalarını, insan haqlarının qorunmasında əlavə bilik və bacarıq əldə etmələrini nəzərdə tutur. Təlim kursları Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası və Belarus Respublikasının gəncləri üçün təşkil edilir və təcrübəli şəxslərin iştirakı ilə keçiriləcəkdir. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi öz partnyorları və beynəlxalq və milli səviyyəli peşəkar təlimçi və mühazirəçilərin cəlb edilməsi ilə, Azərbaycanda ilk dəfə olaraq, belə bir düşərgənin keçirilməsi təşəbbüsünü göstərir.
LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ:
- Ölkənin regionlarında fəal gənc insanlar arasında hüquqi məlumatlılığın inkişaf etdirilməsi və hüquqi işin təkmilləşdirilməsi;
- MDB-nin müxtəlif regionlarından olan gənc şəxslərin əməkdaşlıq platforması ilə təmin edilməsi;
- Bu sahədə gənc liderlərin və təlimçilərin birliyini yaratmaq, gənc liderlərə və QHT-lərin nümayəndələrinə lazımi biliklər, bacarıqlar, ideyalar və məlumatlar, praktik cəhətdən faydalı informasiyalar vermək, onların bacarıqlarının inkişaf etdirilməsi və hüquq müdafiəçiliyi bacarıqların gücləndirilməsi amacı ilə onlar arasında təcrübə və bilik mübadiləsini inkişaf etdirmək;
İŞTİRAK MEYARLARI:
İştirakçılar ölkənin rayonlarında fəaliyyət göstərən QHT-lərin, icma əsaslı təşkilatların üzvləri, ali məktəb tələbələri, hüquq müdafiəçiliyi ilə maraqlanan gənclər olacaqlar. İştirakçıların 50 %-ni qadınlar təşkil edəcək. İştirakçıların seçilməsi milli və beynəlxalq təlimçilərin cəlb edilməsi yolu ilə ayrıca olaraq şəhər/kənd regionları üçün hazırlanmış seçim meyarları, sorğu anketləri və müsahibə əsasında həyata keçiriləcək. Seçim təlim kursunun elan edilməsindən sonra təqdim edilmiş ərizələrə əsaslanacaq. Təqdim olunmuş ərizələr layihə komandası tərəfindən nəzərdən keçirilərək namizədlərin siyahıları tərtib ediləcək ki, ondan sonra potensial ərizəçilərələ əlaqə saxlanılaraq onlarla müsahibə götürüləcək, onların bacarıqları, perspektivləri, arzuları öyrəniləcəkdir. Seçilmiş namizədlər təlimin vaxtı və şərtləri barədə məlumatlandırılacaqdar.
Dəvət olunacaq ölkələr:
Azərbaycan 17
Belarus 2
Gürcüstan 2
Rusiya Federasiyası 2
Ukraynaİştirakçıların sayı: 2