Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi artıq altı ildir ki, respublikada aktiv fəaliyyət göstərir və bu dövr ərzində 45-dən artıq layihə və tədbirlər həyata keçirmişdi. Layihələrin əksəriyyəti əhalinin zəif təbəqələrinə yardım, incəsənət və mədəniyyət, təhsil, insan hüquqları və demokratiyanın inkişafı və bu sahələrdə olan problemlərin həllinə yönəlmişdir.


Hal-hazırda Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurası Gənclər Fondunun maliyyə yardımı ilə Ombudsman aparatı və Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının Baş idarəsi ilə əməkdaşlığda «İnsan hüquqları» layihəsi çərçmvəsində Demokratiya və İnsan Haqqları Departamentinin «İnsan və Uşaq Hüquqları Konvensiyası»nın öyrədilməsi məqsədilə təlim keçirəcəkdir. Bu təlim kursunun keçirilməsi əsasən ağır tərbiyyə olunan uşaqlar üçün internat məktəbində, uşaq və yeniyetmələrin islah müəssisəsində, qadınlar üçün islah əmək müəssisəsində və kişilər üçün islah əmək müəssisəsində nəzərdə tutulub.


Layihənin məqsədi:

  • mühakimə edilmiş və hal-hazırda təcrid olunmuş və ya qısa müddət öncə azadlığa çıxmış qənc məhbuslar üçün İnsan Hüquqlarının tədrisini təşkil etmək;
  • bu gənclərə öz hüquqlarını bilmək və ondan azadlığdan məhrum olunan vaxt və azadlıvğa çıxdığdan sonra da bəhrələnməyə tədris vəsaiti ilə kömək etmək;
  • QHT və dövlət qurumlarının gənc məhbusların hüquqlarının təmini və müdlafiəsinə diqqəti artırmaq.

Tədris olunan mövzular arasında:

  • İnsan hüquqları yerli, milli və qlobal zəmində;
  • Azərbaycan və demokratiyaya aparan yol;
  • İnsan hüquqları müdafiəsinə dair Azərbaycan milli qanunvericiliyi;
  • Milli və Avropa mühakimə sistemi;
  • Azərbaycanda Ombudsman Təsisati :hüquq və vəzifələr və s.