Gənclər arasinda Hiv - Aids və narkomaniyanin profilaktikasina dair maarifləndirmə proqramı.
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyilə ölkənin Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, Neftçala və Füzuli rayonlarinda AZƏRBAYCANIN CƏNUB REGİONUNDA GƏNCLƏR ARASINDA HİV-AİDS və NARKOMANİYANİN PROFİLAKTİKASINA dair MAARİFLƏNDİRMƏ PROQRAMI adli layihə həyata keçirir. Layihənin məqsədi adları göstərilən rayonlarda fəal gənclərin maarifləndirilməsi vasitəsilə HİV/AİDS və narkomaniyaya qarşı ictimai fəallığın səviyyəsinin artırılmasıdır
Layihənin gerçəkləşdirilməsində təşkilatın mütəxəssisləri ilə yanaşı yerli gənclərin gücündən də istifadə etmək, həmçinin, sonradan - layihə başa çatdıqdan sonra da görülən işləri yerli resurslar hesabına davam etdirə biləcək təlimçilərin hazırlanması da nəzərdə tutulur Göstərilən rayonlarda təşkilatın könüllüləri yerli könüllülərinin və Gənclər və İdman Nazirliyinin yerli şöbələri tərəfindən səfərbər olunacaqlar.
Artıq təşkilatın nümayəndələri və Gənclər və İdman Nazirliyinin yerli şöbələrində görüşlər keçiriblər və tədbirlərin keçirilməsi qrafiki, təlimçilərin seçilməsi prosedurları barədə ilkin razılıqlar əldə edilib. Iyun ayının ortalarından etibarən yerlərdə təlimçilər üçün təlimlərin keçirilməsi prosesinə başlanılacaqdır.