Təhlükəsiz İnternet Günü: internetdə təhlükəsiz fəaliyyət üçün onlayn oyun Avropa Şurası uşaqları müdafiə ekspertləri “Təhlükəsiz İnternet Günündən” istifadə edərək müəllimləri və valideynləri uşaqların internet vasitəsilə istismarına qarşı mübarizəyə qoşulmağa çağırır.

Təşkilat, hər il fevral ayının 9-da keçirilən bu “Təhlükəsiz internet günündən” istifadə edərək 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş “Wild Web Woods” adlı oyununu təqdim edəcək. Oyun həm də uşaqlara internet üzərində ehtiyat tədbirləri qaydalarını öyrənməyə imkan verir

“Wild Web Woods” oyunu uşaqlara internetden təhlükəsiz istifadə qaydalarını öyrədir və bu çox vaxt uşaqlarının internetdəki fəaliyyətindən xəbərsiz olan valideynlərə rahatlıq gətirir.”deyə nümayəndələrdən biri vurğulamışdır

“Təhlükəsiz internet günü” bizə xatırladır ki, internet yalnızca uşaqların istismarına zəmin yaradan təhlükə mənbəyi deyil, həm də əyləncəli zaman keçirmək və öyrənmək, bilik əldə etmək yeri ola bilər.

Bu oyun artıq 22 dilə tərcümə edilmişdir və indiyə qədər sayta 2 milyondan çox ziyarətçi axını olmuşdur. Oyunun həmçinin müəllimlər üçün nəzərdə tutulmuş məlumat kitabçası da var.