Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 2003-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə UNİCEF-in maliyyə dəstəyi ilə «Valideyn-Müəllim Assosiasiyalırının yaradılması» adlı layihə həyata keçirir.
Layihənin ideyası əvvələr mövcud olmuş «Valideyn komitələri»nə alternativ ola biləcək yeni strukturun - «Valideyn-Müəllim Assosiasiyaları»nın yaradılması və həmin assosiasiyaların real fəaliyyətini sınaqdan keçirməkdir. Qeyd etmək lazımdır ki, layihənin uğuru özünü elə ilk dövrlərdən göstərməyə başlayıb. Belə ki, yalnız bir tərəfin, yəni valideynlərin təmsil olunduqları əvvəlki qurumlardan fərqli olaraq yaradılan yeni struktur mövcud problemlərin çözülməsində valideynlərlə müəllimlərin birgə fəaliyyət forması kimi daha səmərəli fəaliyyət göstərir.
Layihə çərçivəsində artıq UNİCEF-in əvvəllər digər tədbirlər həyata keçirmiş olduğu beş pilot məktəblə yanaşı ölkənin müxtəlif regionlarını əhatə edən daha on miəktəb də daxil olmaqla cəmi 15 məktəbdə Valideyn-Müəllim Assosiasiyası (VMA) yaradılıb. VMA-nın formalaşdırıldığı təsis kofnranslarında bu təşkilatların nizamnamələri qəbul olunub, strukturu, fəaliyyət proqramları müəyyənləşdirilib.
Bu layihənin növbəti mərhələsi olaraq Ümidli Gələcək Gənclər Təşkilatı UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Təhsil Nazirliyi ilə birgə Valideyn-Müəllim Asosiasiyaların ölkəmizin 30-a yaxın rayon və şəhərlərində yaradılması və onların fəaliyyətini əks etdirən Milli VMA-nın yaradılmasını özündə əks etdirən Milli fəaliyyət Planı və tədbirlər proqramı hazırlamışdır. Bu prqramın əsas istiqamətləri yaradılmış 15 VMA-nın rəhzbər nümayəndələri üçün VMA-rın idarə edilməsi, inkişafı, strateji planlaşdırma, layihələrin hazırlanması və fandreyzinq, ictimaiyyətlə əlaqələr, lobbiçilik fəaliyyəti və s. mövzuları əhatə edəcək xüsusi 10 günlük təlim kursu təşkil edəcək. Bu proqram çərçivəsində 29 İyun tarixində «Valideyn-Müəllim Assosiasiyası: əməkdaşlığa aparan yol» təlim kursu keçiriləcək.