Azərbaycanda əlilliyi olan uşaqların inklüziv təhsilinə olan maneələr və imkanlar Sağlamlıq imkanları məhdud insanların hüquqlarının qorunması, onlar üçün müəssər, uyğun həyat tərzinin təmin edilməsi hər bir cəmiyyət üçün məsuliyyətli vəzifədir. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva cəmiyyətdə yüksək humanizm prinsiplərinin bərqərar olunmasında müstəsna xidmətlər göstərir. Onun sosial cəhətdən həssas əhali qrupları ilə bağlı həyata keçirdiyi qayğıkeşlik missiyası sağlamlıq imkanları məhdud insanları da əhatə edir. Azərbaycanda əlilliyi olan 420 000 nəfər qeydə alınıb, onlardan altmış minə yaxın (59 640) əlilliyi olan uşaqlardır. Son illər dünyаnın inkişаf etmiş və inkişаf etməkdə olаn dövlətlərini düşündürən məsələlərdən biri də sаğlаmlıq imkаnlаrı məhdud şəхslərin təhsilidir. Cəmiyyətin hər bir üzvünün bərаbər hüquqlu şəхsiyyət kimi formаlаşmаsı, əqli, fiziki imkаnlаrının məhdudluğundаn аsılı olmаyаrаq hər bir şəхsin təhsil аlmаq hüququnа mаlik olmаsı ön plаnа çəkilən məsələlərdəndir. İnklüziv təhsil layihəsi Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "Xüsusi qayğıya ehtiyacı olan (XQE) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"nın icrası istiqamətində Təhsil Nazirliyinin YUNESKO ilə birgə layihəsi 2005-ci ildən başlanmış, Bakı və Sumqayıt şəhərlərində iki məktəbi və iki uşaq bağçasını əhatə etmişdir. Bu Proqramın icrası istiqamətində müxtəlif beynəlxalq təşkilatların və yerli qeyri-hökümət təşkilatlarının təşəbbüsü və maliyyəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə bir sıra bağça və məktəblərdə inklüziv təhsillə bağlı pilot layihələr həyata keçirilməkdədir. Bu illər ərzində inklüziv təhsilin əldə etdiyi nailiyyətlər bu işin vacibliyindən və düzgün təşkil edildiyindən xəbər verir. İnklüziv təhsilin üstün cəhəti ondan ibarətdir ki, lazımi dəstək verməklə, XQE olan uşaqları kollektivə uyğunlaşdırmaq və birbaşa cəmiyyətə inteqrasiya etdirmək olar. Biz hesab edirik ki, cəmiyyətin ən həssas təbəqələrindən və xüsusi qayğıya ehtiyacı olan uşaqların (əlilliyi olan uşaqların) keyfiyyətli təhsil alma hüquqlarının müdafiəsi və onlara birbaşa ünvanlanan sosial xidmətlərin təşkilinə yönəlmiş bu layihələrin həyata keçirilməsi çox aktualdır. Bütün bu məsələləri müzakirə etmək üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvləri olan Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, “Müşviq”Əlil Uşaqlara Yardım İctimai Birliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi, “Müstəqil Həyat” İnkişaf və Dəstək İctimai Birliyi, “Əlilliyə Erkən Yardım Şəbəkəsi” İctimai Birliyi və Dünyaya Baxış (World Vision) Təşkilatının dəstəyi ilə 9 mart 2012-ci il tarixində Park İnn otelin Nəsimi zalında saat 11:00-da dəyirmi masa təşkil edirlər.
Əlilliyi olan uşaqların inklüziv təhsilinə olan maneələr və imkanlar
LATEST NEWS
Azərbaycan Universiteti və “Ümidli Gələcək” İB əməkdaşlıq edəcək
Azərbaycan Universitetinin yerli tərəfdaşlarının sayı getdikcə artır. Növbəti əməkdaşl�...
YouthCan! layihəsi çərçivəsində uşaqlarla görüş
YouthCan! layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin ...
Antenatal qayğıda ataların rolu: multisektoral görüş
Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən UNFPA tərəfindən həyata ke...
LATEST EVENTS
Doğmaların İtkisi...
Doğmaların ölümü - nəyinki böyüklər, uşaqlar üçün də çətin və ağrılı bir sına...