“Uşaq Tərbiyə Müəssisəsinə səfər”    

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi artıq 11 ilə yaxındır ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, qaçqın, məcburi köçkün, əhalinin zəif təbəqələrindən olan insanların sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları və milli fəaliyyət planlarının icrasına töhvə veməkdədir. Həyata keçirdiyimiz layihələr sırasında, a) 2003-2009-cu illər ərzində Təhsil Nazirliyi və UNİCEF ilə əməkdaşlıqda ölkənin 500-dən artıq məktəbində “Uşaqlar üçün Yararlı Məktəb‘ konsepsiyasının təbliği və Valideyn-Müəllim Assosiasiyalarının yaradılması; b) 2006-2008-ci illərdə Təhsil Nazirliyi və BMT-nin Dünya Ərzaq Proqramı ilə əməkdaşlıqda 10 rayonda 200-dən artıq məktəbdə uşaq, müəllimlər və valideynlər arasında “Həyati Bacarıqların” tədrisi; c) 2007-ci ildən indiyədək UNİCEF, Daxili İşlər Nazirliyi və ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqda “Uşaq Müdafiəsi Sisteminin İslahatına dəstək: Yuvenal Ədliyyə Sisteminin reforması”; d) 2010-cu ildə Təhsil Nazirliyi, UNİCEF, Azercell Telekom, Dünyaya Baxış və Uşaqların Xilası təşkilatlarının dəstəyilə “Uşaq Qaynar Xətt Xidmətinin” yaradılması; e) 2010-2012-ci illər ərzində Avropa Birliyi Komissiyası, Avstriyanın Hilfsverk təşkilatı və Təhsil Nazirliyi ilə əməkdaşlıqda icra ediləcək “İnternat müəssisələrində tərbiyə alan uşaqların ailələrinə qovuşması və himayədar ailələrin yaradılması” və f) 2011-ci ildə Təhsil Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkillə əməkdaşlıqda Bakıda ilk dəfə olaraq “Zorakılıq və cinayətin qurbanı olan uşaq və gənclər üçün Sosial reabilitasiya Mərkəzinin” yaradılması layihələrini misal gətirmək olar. Hollandiyanın idman təşkilatının nümayəndələri Peter Ottens, Giannini Giancarlo Olieberg Bakıda bir neçə QHT-lərlə və idman təşkilatları ilə görüş keçirəcək. Təşkilatımız tərəfindən bu görüşün Penitensiar xidmətin Uşaq Tərbiyə Müəssisəsində də keçirilməsi planlaşdırılır. Görüşün əsas məqsədi uşaqların asudə vaxtının təşkili, onların fiziki cəhətdən sağlam inkişaf etmələrinə təkan verməkdir. Həmçinin uşaqların mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması, kollektivçilik ruhunun aşılanması, uşaqlar arasında ayrıseçkiliyin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə təşkil ediləcək tədbir 04 iyun 2012-ci il tarixində Uşaq Tərbiyə Müəssisəsində keçiriləcək.

 

Əlavə məlumat üçün:

117, Nizami küçəsi, Bakı, AZ1010

Tel: 493-21-42

E-poçt: [email protected]