“Uşaqlar üçün maliyyə təhsili: hamı üçün bərabər imkanlar” mövzusunda milli konfrans    

2009-cu ildən etibarən Ümidli Gələcək təşkilatı “Əflatun” Beynəlxalq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin tam hüquqlu üzvüdür. Bas ofisi Hollandiyada yerləşən bu şəbəkə dünyanın 80-dən artıq ölkəsindən 200-dən artıq qurumu özündə birləşdirir. Həmin qurumlar sırasında dünyanın aparıcı maliyyə qurumları və ayrı-ayrı ölkələrin bank və kredit təşkilatları xüsusu çəkiyə malikdir. Bir çox ölkədə isə artıq Təhsil Nazirlikləri tərəfindən orta ümumtəhsil məktəblərində iqtisadi və sosial təhsil dərs cədvəlinə də əlavə edilib və uğurla tədris olunur. “Əflatun–sosial və maliyyə təhsili” adlanan bu proqram məktəb yaşlı uşaqlara maliyyə yığımını, maliyyənin idarə olunmasını, maliyyədən səmərəli istifadəni və maliyyənin sosial yönümlü təşəbbüslərə istifadəsilə əlaqədar bilik və bacarıqları aşılayır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə təşkilatımız Milli VMA ilə birgə 2011-ci ildə Bakının 20-dən artıq məktəbində proqramın icrasına başlamışdır. Artıq maliyyə və iqtisadiyyat məsələlərinə dair 300-dən çox şagird üçün təlimlər təşkil edilmiş, və hazırda pilot olaraq xüsusi dərnəklər və məktəb klublarının yaradılması üzərində iş aparılır. “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən proqramın tərkib hissəsi olan tədris vəsaitlərinin dördü artıq Azərbaycan dilinə tərcümə olunub və hal-hazırda redaktə olunmaqdadır. Bütün bunları nəzərə alaraq “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, UNİCEF, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu və “Əflatun” Beynəlxalq təşkilatı ilə sıx əməkdaşlıqda “Uşaqlar üçün maliyyə təhsili: hamı üçün bərabər imkanlar” mövzusunda Milli Konfransın keçirir. Tədbir 12 iyun 2012-ci il, saat 09:30 tarixində, “Hilton Baku” otelinin “Sevda” zalında keçiriləcək. Tədbirdə təhsil naziri, UNİCEF-in Azərbaycan ofisinin rəhbəri, respublikanın öndə gedən bank nümayəndələri, dövlət və QHT nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

Əlavə məlumat üçün:

117, Nizami küçəsi, Bakı, AZ1010

Tel: 493-21-42

E-poçt: [email protected]