qhtxeber.az// Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi” layihəsini uğurla davam etdirir.
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin reallaşdırılmasında əsas məqsəd regionlarda məişət zorakılığının qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etməkdir. Ailələrin problemlərinin həlli istiqamətində yerli rayon strukturları və dövlət qurumları ilə sıx əməkdaşlıq qurmaqla məişət zorakılığının profilatikası, zorakılıq hallarının qarşısının alınması xüsusları da layihənin məqsədləri arasında yer tutur.
Layihə çərçivəsində İsmayıllı Uşaq və Ailələrə dəstək mərkəzində tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri Bəhruz Xələfov, Gülər Baxışova,Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və ekspert Asəf Kərimov, Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin nümayəndəsi Lalə Kəbirova iştirak ediblər. Kəmalə Aşumova çıxış edib, ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr keçirilib, iştirakçıların sualları cavablandırılıb.