Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür❗

 



1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.




 Uşaqlar sabahın yetkinləri, gələcəyin idarəediciləri və təminatçılarıdır. İnsanlığın xoşbəxtliyi və sülhü, dünyanın gözəlləşməsi üçün uşaqlar yaxşı böyüməli və qorunmalıdır. Bu öhdəlik isə məhz biz böyüklərin üzərinə düşür. Gəlin, gələcəyimizin təminatçısı olan uşaqlarımızı hüquqlarını bilən və müdafiə edən biriləri olaraq yetişdirək.




 Bizim Balaca Qəhrəmanlarımız, Gününüz Mübarək❗