Uşaq Hüquqları Haqqında qanunun 22-ci maddəsində deyilir:

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır.

 

Xəyalımızda keçmişə səyahət etdikdə və uşaqlığımızı xatırladıqda, ilk ağlımıza gələn məktəb illəri olacaqdır.

Çünki məktəb vaxtları oynadığımız oyunlar və o vaxt yaşadığımız dostluqlar bütün həyatımıza təsir edərək, bizi öz təsiri altına alır. Ancaq uşaqlıq dönəminin elə bir təsiri var ki, təkcə bir şəxsi deyil, bütöv bir cəmiyyəti dəyişmək və inkişaf etdirmək üçün kifayət qədər güclüdür.

Müəllimlərin uşaqlar üzərindəki təsiri bir cəmiyyətdəki ən güclü kəpənək təsiri qədərdir.

Məktəb yalnız riyaziyyat, fizika, kimya, ingilis dili kimi akademik biliklərə yiyələnmək və ya bir peşənin təməlini qoymaq üçün bir yer deyil, həmçinin uşaqları gələcək həyata hazırlayan kiçik bir hərəkətverici qüvvədir.

ü Məktəbin Uşaqlara Təsiri

Məktəbəqədər dövrdən başlayaraq, məktəb hər yaşdan uşaqların həyatına və şəxsiyyətinə təsir göstərir. Bu təsirin müsbət tərəfi, məktəbin onlara təklif etdiyi birdən çox amilin kəsişməsi nəticəsində ortaya çıxır:

·        Yaxşı şərait və məktəbin imkanları, əlbəttə ki, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Lakin müəllim uşaqların gələcəyinə işıq sala bilər, hətta yaxşı şərait olmadıqda belə uşaqların yaxşı təhsil almasına səy göstərə bilər.

·        Uşaq üçün təklif olunan təhsil proqramının uşağın yaşına və inkişaf xüsusiyyətlərinə uyğun olması, şübhəsiz ki, gələcəkdə uğurlu insanların olmasına kömək edəcəkdir.

·        Əlbəttə ki, müəllimin uşağa təsiri insan emosiyaları, xarakter xüsusiyyətləri və onun şəxsiyyət kimi hiss etdiyi akademik vasitələrlə bağlıdır.

Effektiv müəllim uşağın hərtərəfli inkişafına necə kömək edir?

Uşaq məktəb dönəmində ailəsindən daha çox müəllimini görür. Müəllimini sevməyən bir uşağın məktəbi sevməsi qeyri-mümkündür. Burada müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Hər bir uşaqla fərdi şəkildə məşğul olmalı, hər birinin probleminə fərqli yanaşmağı bacarmalı və həll yolları taparaq heç bir şagirdi özündən uzaqlaşdırmamalıdır

Bu səbəbdən şagirdlə müəllim arasındakı münasibətlər uşaqlarda hərtərəfli inkişafa və dəyişikliklərə gətirib çıxarır.

Məktəb emosional və sosial inkişafa və xarakterin formalaşmasına nail olmaq üçün unikal bir mühitdir. Öz müəllimlərinin rəhbərliyi altında olan uşaqlar ədalətli olmağı, fərdi fərqlərə hörmət etməyi, dostları ilə münasibətlər zamanı dürüst olmağı öyrənirlər.

Qeyd edə bilərik ki, effektiv bir müəllim uşaqlarda vicdan hissini inkişaf etdirərək, bununla da cəmiyyətə xeyirxah insanlar bəxş etmiş olur.

 

Müəllimlərə məsləhətlər

 

·        Uşaqların müsbət tərəflərinə diqqət yetirin.

·        Şagirdlərinizi yalnız məktəb uğuru ilə məhdudlaşdırmayın.

·        Müvəffəqiyyət əldə edə biləcəyi müxtəlif sahələri araşdırın və bunları (musiqi və ya idman və s.) etməyə təşviq edin.

·        Sadə və başa düşülən izahlar verin.

·        Unutmayın ki, hər bir uşaq unikaldır.

 

 

Məktəb real həyat üçün hazırlıq deyil, həyatın özü olmalıdır.