Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyilə «MDB və Mərkəzi-Şərqi Avropa regionu ölkələrində mövcud münaqişələrin həlli və sülh quruculuğu prosesində gənclərin iştirakı modellərinə dair gənc liderlər üçün beynəlxalq təlim kursu» adlı layihə həyata keçirir. Layihənin məqsədi postsosialist ölkələrində mövcud olan münaqişələrin araşdırılması, onların baş vermə səbələrinin öyrənilməsi və bu münaqişələrin həll edilməsində gənclərin rolunun müəyyənləşdirilməsidir.


Təlim kursuna cəlb edilmiş gənclər məhz bir zamanlar sosialist düşərgəsinə daxil olan, 80-ci illərin sonlarından isə ölkələrin təmsilçiləridirlər. Buraya Azərbaycan və Gürcüstan, Rusiya və Moldova, Bosniya-Hersoqovina, Makedoniya, Serbiya və Monteneqro kimi ölkələrin nümayəndələri daxildir. Altı gün davam edəcək təlim kursunda iştirakçılar münaqişələrin öyrənilməsi, təhlili, idarə olunması qaydaları, münaqişə tərəfləri arasında vasitəçilik, danışıqlar və onların aparılmasında QHT-lərin rolu, sülh quruculuğu və mədəniyyətlərarası təhsil və sayrı bu kimi mövzuları müzakirə edəcəklər.


Təlim kursunun sonuncu günü təlim iştirakçıları konfrans keçirəcək və öz ölkələrində, eləcə də münaqişələrin öyrənildiyi ölkələrdə baş verənlərə öz münasibətlərini bildərəcək və münaqişələrin aradan qaldırılması yolunda görəcəkləri işlərdən söhbət açacaqdır.


Konfrans 11 aprel 2005-ci il tarixində saat 14: 00-16:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəkdir.