Hörmətli vətəndaşlar,
Uşaq hüquqlarının qorunması hər birimizin vəzifəsidir. Hər bir uşaq təhlükəsiz, azad və sevgi dolu mühitdə böyümə hüququna malikdir. Təəssüf ki, bəzi hallarda uşaqlar məcburi nikah və digər hüquq pozuntuları ilə üzləşə bilirlər.
Bu yaxınlarda Uşaq Qaynar Xəttinə bir yeniyetmə müraciət edərək, ailəsi tərəfindən məcburi nikaha məruz qalmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib. O, dəstək üçün sığınacaq istəyib. Bu cür hallar cəmiyyətimizin diqqət və dəstəyinə ehtiyac olduğunu göstərir.
❗ Unutmayaq ki, məcburi nikah – UŞAQ HÜQUQLARININ POZULMASIDIR!
Bu cür vəziyyətlə qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Uşaq Qaynar Xəttinə (116 111) müraciət edin. Hər bir zəng anonim və konfidensial şəkildə qəbul edilir.