Hörmətli İzləyicilər!

Bildiyiniz kimi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda təşkilatın sosial xidməti olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən “Uşaqlara qarşı zorakılığın qarşısının effektiv şəkildə alınması və cavab tədbirlərinin görülməsi üçün milli sistemlərin gücləndirilməsi” layihəsi uğurla davam etdirilir.

Bu fəaliyyətlər çərçivəsində növbəti təlim Mərkəzin psixoloq və sosial işçiləri tərəfindən 06.02.2025-ci il tarixdə 172 saylı tam orta keçirilmişdir. Təlimdə hər bir uşağın öz hüquq və vəzifələrini bilməsi və cəmiyyətdə sağlam davranış qaydalarının təşviq edilməsi məsələləri diqqət mərkəzinə gətirilərək, uşaqların təhsil, təhlükəsizlik və sosial rifah hüquqları, eləcə də cəmiyyətdə etik davranış qaydaları müzakirə edilmişdir.

Sonda hər bir uşağı maraqlandıran suallar dinlənilmiş və interaktiv müzakirələr aparılmaqla cavablandırılmışdır.