Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının təşəbbüsü ilə ATƏT-in Bakı Ofisi və Böyük Britaniya səfirliyinin dəstəyilə «Azərbaycanda Yuvenal Ədliyyə Islahatı» proqramı çərçivəsində 16 dekabr 2005-ci ildə SPACE telekanalının Qadın Saatı verilişində Azərbaycanda Yuvenal Ədliyyə mövzusunda veriliş canlı efirə verilmişdir. Verilişdə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının Milli Əlaqələndiricisi Nabil Seyidov, Daxili Işlər Nazirliyinin nümayəndəsi Kamal Imamverdiyev, Ombudsman Aparatının nümayəndəsi Munir Məmmədov, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına üzv olan Azadlıqdan məhrum etmə yerlərinin müşahidəsi təşkilatının nümayəndəsi Sevinc Əliyeva və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin nümayəndəsi Tamilla Kərimova iştirak ediblər.
Verilişdə Yuvenal Ədliyyə haqqında, onun əsas prinsipləri və həyata keçiriləsi məsələləri, Alyansın bu sahədə həyata keçirdiyi proqramlar haqqında məlumat verildi. Veriliş zamanı tamaşaçıların sualları çox olduğundan onları cavablandırmaq üçün iştirakçılar tərəfindən qərara alındı ki, bu mövzuda silsilə verilişlər gələn il təşkil edilsin.