QHT Alyansının «Regionlarda uşaq hüquqları sahəsində işləyən QHT-lərin imkanlarının genişləndirilməsi və regionlarda uşaq hüquqlarının müdafiəsinin artırılması». Işçi Qrupunun növbəti iclası.


Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Regionlarda uşaq hüquqları sahəsində işləyən QHT-lərin gücləndirilməsi və QHT Alyansının imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış Işçi Qrupunun növbəti iclası 28.12.2005-ci il tarixində QHT Alyansının iclas zalında keçirilmişdi. Iclasda işçi qrupuna üzv olan təşkilatlardan Azərbaycan Demokratik Tələbə və Gənclər Təşkilatının sədri Asif Əsgərov, Küçə Uşaqları üçün Günərzi Mərkəzinin nümayəndəsi Ramin Məmmədov, Gənclər üçün Təhsil Mərkəzinin Sədri Vüsal Quliyev, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndəsi Faiq Ağayev və Alyansın Milli Əlaqələndiricisi Nabil Seyidov iştirak edirdi.


İclasda regionlarda və Bakıda uşaq hüquqlarının müdafiəsi, monitorinqi və təbliği sahəsində fəaliyyət göstərən QHT və mərkəzlərin nümayəndələrinin bilk və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Alyansın katibliyi tərəfindən işçi qrupu çərçivəsində hazırlanmış layihə müzakirə edildi və iştirakçılar öz təklif və tövsiyyələrini bildirdilər. Layihənin əsas məqsədi regionlarda uşaq hüquqlarının təbliği, müdafiəsi və monitorniqinin aparılması, hüququ pozulmuş uşaqlara və onların qanuni nümayəndələrinə hüquqi yardımın göstərilməsi, regionlarda uşaq hüquqlarına dair təlim və tədrisin təşikli, QHT və dövlət qurumları arasında əməkdaşlığın qurulmasından ibarət olacaqdır. Iclasın iştirakçıları bu layihənin əhəmiyyətli olduğu qeyd edərək, 7 yanvar 2006-cı il tarixinə kimi öz yekun təklif və tövsiyyələrini verəcəklərini və 7 yanvar 2006-cı il tarixində növbəti görüşün keçirilməsini qərara aldılar.


Eyni zamanda qərara alındı ki, Alyansa üzv olan təşkilatlar və həmçinin regionlarda fəaliyyət göstərən lakin Alyansa üzv olmayan QHT və mərkəzlər bu layihədə iştirak etmələri və layihənin keçirilməsindən bəhrələnmələri üçün Alyansa müraciət etsinlər. Bu həmçinin layihənin yerlərdə olan ehtiyacların nə dərəcədə ödəyəcəyini və layihənin zərurətdən irəli gəldiyinin əyani sübutu olacaqdır.