Uşaq Hüquqları üzrә Azәrbaycan QHT Alyansı Yuvenal Әdliyyә İşçi Qrupunun növbәti iclası 29.12.2005-ci il tarixindә İşçi qrupunun üzvü Azәrbaycan Gәnc Hüquqşünaslar Birliyinin iclas zalında keçirilmişdi. İclasda işçi qrupuna üzv olan tәşkilatlardan Azәrbaycan Gәnc Hüquqşünaslar Birliyinin sәdrinin müavini Elmari Mәmişov, «El» İnkişaf Proqramları Mәrkәzinin Sәdri Elmira Әlәkbәrova, Cәzakәçmiş qadınların cәmiyyәtә qayıdışı İB sәdri Fәridә Әliyeva, Dünya Bizim Evimizdir SSM sәdri Dadaş Әhmәdov, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nümayәndәsi Faiq Ağayev vә Alyansın Milli Әlaqәlәndiricisi Nabil Seyidov iştirak edirdi.
İclasın gündәliyindә duran mәsәlәlәr QHT Alyansının Milli Әlaqәlәndiricisi Nabil Seyidov tәrәfindәn 2005-ci ildә görülәn işlәr haqqında hesabat vә İşçi qrupunun 2006-cı ildә görülmәsi nәzәrdә tutulan proqramların hazırlanmasından ibarәt idi. İclası QHT Alyansının Milli Әlaqәlәndiricisi Nabil Seyidov açaraq ilk olaraq iclas iştirakçılarını Yeni İl baramı vә 31 dekabr Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Günü münasibәti ilә tәbrik etdi vә Azәrbaycan Gәnc Hüquqşünaslar Birliyinin nümayәndәsinә iclasın keçirilmәsi üçün şәrait yaratdıqlarına görә tәşәkkürünü bildirdi. Daha sonra, Nabil Seyidov 2005-ci ildә QHT Alyansının gördüyü işlәr haqqında mәlumat verәrәk bildirdi ki, ilk olaraq QHT Alyansı 2004-cü ilin noyabr ayından 2005-ci ilin iyun ayına kimi Azәrbaycanda ilk dәfә olaraq Yuvenal Әdliyyә haqqında kitab halında hesabat hazırlayaraq hökumәtә, beynәlxalq vә yerli tәşkilatlara o cümlәdәn BMT-nin Uşaq Hüquqları Komitәsinә tәqdim etmişdir. Bundan başqa QHT Alyansı Sentyabr ayından ATӘT vә Böyük Britaniya sәfirliyi ilә әmәkdaşlıqda «Azәrbaycanda Yuvenal Әdliyyә İsahatı» vә noyabr ayından etibarәn ATӘT-in dәstәyi ilә yetkinlik yaşına çatmayanlarla işlәyәn dövlәt qurumlarının monitorinqi mәqsәdi ilә «Yuvenal Әdliyyә Sisteminin İnkişafı» adlı proqramlar hәyata keçirmәyi başlayıb vә bu proqramlar 2006-cı ildә dә hәyata keçirilәcәkdir. Bu proqramlar çәrçivәsindә 2 tәlim kursu keçirilmiş vә Azәrbaycana 3 beynәlxalq mütәxәssis dәvәt olunmuşdur.
13-14 dekabr 2005-ci il tarixlәrindә Moskva şәhәrindә Yuvenal Әdliyyә ilә bağlı keçirilәn konfransda QHT Alyansının Milli Әlaqәlәndiricisi vә Alyansın dәstәyi ilә Daxili İşlәr Nazirliyinin nümayәndәsi Kamal İmamverdiyev iştirak etmişdilәr. 16 Dekabr 2005-ci il tarixindә QHT Alyansının tәşәbbüsü ilә SPACE telekanalının Qadın Saatı verilişindә Azәrbaycanda Yuvenal Әdliyyә mövzusunda veriliş canlı efirә verilmişdir. Hal-hazırda isә Daxili İşlәr Nazirliyi, Ombudsman Aparatı, Әdliyyә Nazirliyinin Hüquq Tәdris Mәrkәzi, Bakı Dövlәt Universiteti, Daxili İşlәr Nazirliyinin Polis Akademiyası ilә әmәkdaşlıqda Yuvenal Әdliyyә haqqında tәdris materiallı hazırlanır. Bu proqramlarla yanaşı Azәrbaycanda ik dәfә olaraq Yuvenal Әdliyyә ilә bağlı internet sәhifәsi hazırlanıb (www.juvenaljustice.az) vә 10 yanvar 2006-cı il tarixindәn internet sәhifәsindә yerlәşdirilәcәkdir.
İclas iştirakçıları Nabil Seyidovun çıxışından sonra QHT Alyansının 2005-ci ildә Azәrbaycanda ilk dәfә olaraq Yuvenal Әdliyyә ilә bağlı әhәmiyyәtli tәdbirlәr vә proqramlar hәyata keçirilmәsini yüksәk qiymәtlәndirdilәr.
Bundan sonra gündәlikdә duran ikinci mәsәlә әtrafında QHT Alyansının Milli Әlaqәlәndiricisi 2005-ci ildә görülәn vә davamı 2006-cı ildә nәzәrdә tutulan proqramlar haqqında mәlumat verdikdәn sonra iclas iştirakçıları müzakirәlәr apararaq sonda aşağıdakı tәdbirlәrin görülmәsinә planlaşdırdılar.
- Tәdris materiallarının hazırlanması
- Yanvar-İyun 2006-cı il tarixlәrindә yetkinlik yaşına çatmayanlarla işlәyәn dövlәt qurumlarının monitorinqi
- Yuvenal Әdliyyәyә dair I Milli Konfransının keçirilmәsi
- Sosial Xidmәt Mәrkәzlәrinin yaradılması istiqamәtindә fәaliyyәt
- Yuvenal Mәhkәmәnin yaradılması istiqamәtindә iş
- Yuvenal İxtisaslaşdırma
- Uşaq Ombudsmanının yaradılması ilә bağlı tәdbirlәr hәyata keçirimәk
İclasın iştirakçıları Yuvenal Әdliyyәnin Azәrbaycanda yaradılmasının vә bu sahәdә fәaliyyәtinin әhәmiyyәtli olduğu qeyd edәrәk, 2006-cı ildә görülәcәk proqramların fәaliyyәt planını hazırlanması vә digәr tәşkilati mәsәlәlәri müzakirә etmәk üçün 4 yanvar 2006-cı il tarixindә 16:30-da Ümidli Gәlәcәk Gәnclәr Tәşkilatının ofisindә növbәti görüşün keçirilmәsini qәrara aldılar.