Hәlәlik isә qanun layihәsi üzәrindә iş gedir
BANU
"Tәhsil haqqında" qanun layihәsi yenidәn işlәnir. Milli Mәclisin elm vә tәhsil mәsәlәlәri daimi komissiyasının sәdri Şәmsәddin Hacıyevin sözlәrinә görә, qanun layihәsindәki әsas prinsip vә strategiyaya dәyişikliklәr edilmәsә dә, bәzi mәsәlәlәr tamamilә yenidәn işlәnәcәk. Öyrәndik ki, bu yeniliyin әsas qayәsi Boloniya sistemi ilә bağlıdır. Belә ki, Azәrbaycan Boloniya prosesinә qoşulsa da, qanun layihәsindә bu mәsәlә barәdә heç bir müddәa yoxdur. Millәt vәkili bu qәnaәtdәdir ki, әgәr Azәrbaycan Avropa tәhsil sisteminә inteqrasiya edirsә, bu mәsәlә qanunlarımızda, xüsusilә "Tәhsil haqqında" qanunda әksini tapmalıdır.
Ş.Hacıyev bildirib ki, yeni tәhsil qanununun müzakirәsinin gecikdirilmәsi cәmiyyәti әn çox narahat edәn mәsәlәlәrdәndir. O deyir ki, bu sәnәdin cәmiyyәtin bütün üzvlәrinә aidiyyәti olduğu üçün demәk olar ki, hәr bir vәtәndaş tezliklә bu mәsәlәnin hәllini istәyir. Eyni zamanda, tәhsil sahәsindә baş verәn hәr hansı neqativ hal da "Tәhsil haqqında" qanunun dövrün tәlәblәrinә cavab vermәmәsi ilә әlaqәlәndirilir.
Ş.Hacıyev qanun layihәsinin mütlәq Milli Mәclisin yaz sessiyasında müzakirәyә çıxarılacağını da deyib. Onun sözlәrinә görә, hәmin vaxta qәdәr layihә üzәrindә aparılan iş tamamlanacaq.