İnsan hüquqları, Milli azlıqların hüquqları, Münaqişələr və Mədəniyyətlərarası təhsil üzrə beynəlxalq təlim kursu


Bakı, Azərbaycan

Fevral 2003



Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurası Gənclər Fondunun maliyyə yardımı ilə öz Demokratiya və İnsan Haqqları Departamentinin «İnsan haqqları, Milli azlıqların hüquqları, Münaqişələr və Mədəniyyətlərarası təhsil üzrə beynəlxalq təlim kursu» adlı yeni layihəsini təqdim edir.


Layihə 3 ay müddətində Dekabr 2002- Fevral 2003 tarixlərində həyata keçiriləcəkdir. Artıq layihənin hazırlıq işləri başlanmış və sona çatmaq üzrədir.


Beynəlxalq təlim kursunda Azərbaycanın əsasən milli azlıqların nümayəndələri məskunlaşmış Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara, Masallı regionlarından, Rusiya, Gürcüstan və Şərqi Avropanın Albaniya, Bolqarıstan və Macarıstan dövlətlərindən nümayəndələr iştirak edəcəklər.


İştirakçıların seçilmə prosesi hazırlanmış xüsusi ərizə formalarında qeyd olunmuş məlumatlara əsasən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin layihə qrupu və ekspertləri tərəfindən aparılmışdır. Təlimdə iştirak etmək üçün 25 nəfər seçilmişdir. Onlardan 15–i Azərbaycanı, digər 10-u isə yuxarıda adı qeyd edilmiş dövlətləri təmsil edirlər.


Beynəlxalq təlim kursu 2003- cü il 25 Yanvar – 1 Fevral tarixlərində Azərbaycanın gözəl guşələrindən birində keçiriləcək.


Ümidli Gələcək göstərilən tədbirlərin həyata keçirilməsi üçün müxtəlif çap materiallarından istifadə edəcək. Bütün tədbirlər müddətində iştirakçılar xüsusi olaraq hazırlanmış təlim materialları, Azərbaycan, onun mədəniyyəti, tarixi, müasir dövrü haqqda məlumatlarla təmin olunacaqlar. Xüsusi vizual materialların istifadəsi təlim zamanı verilən məlumatın auditoriyaya daha effektiv çatdırılmasına köməklik göstərəcəkdir. Onu da qeyd etmək lazımdır ki, təlimlərdə rol oyunlarından geniş istifadə ediləcəkdir.


Təlim kursu müddətində hər bir iştirakçı təmsil etdiyi dövlət, millət və ya QHT haqqında məlumat verəcək, milli adət ənənələr, xörək və geyimləri nümayiş etdirəcək və keçirilmiş layihələr, şəkillər, videolentlər təqdim edəcəklər. Həmçinin Azərbaycanın Lənkəran bölgəsinə də ekskursiya təşkil olunacaqdır.