Komissiya sədrinin fikrincə, belə hallara qarşı mübarizənin bütün formalarından istifadə edilməlidir

BMT-nin Uşaq Fondu (YUNİSEF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) işə qəbul olunacaq yeni əməkdaşlar - sosial müfəttişlər üçün treninqlər keçirəcək. Bu barədə "525"ə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, yaxın vaxtlarda layihənin başlanılması ilə bağlı tərəflər arasında müvafiq saziş imzalanacaq. Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin əlaqədar qurumlarında artıq uzun müddətdir ki, sosial müfəttişlər fəaliyyət göstərir. Ancaq Azərbaycan üçün sosial müfəttiş tamamilə yeni bir peşədir. Nümayəndəlikdən bildirilib ki, müfəttişlər fəaliyyətə başladıqdan sonra sosial müavinətlər Dövlət Sosial Müdafiə Fondu deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara paylanacaq.


Sosial müfəttişlər Nazirlikdə işləməyə müsabiqə yolu ilə qəbul olunacaq. Müavinətlərin təyin edilməsi üçün vətəndaşın ailə büdcəsinin gəlirlərinin hesablanmasında rəsmi statistika ilə yanaşı, sosial müfəttişlərin verdiyi arayışların da mühüm rolu olacaq.