Teleradio Yayım Şurası bu məqsədlə xüsusi qaydalar hazırlayıb


Teleradio Yayım Şurası yetkinlik yaşına çatmayanların hüquqlarını qorumaq məqsədilə xüsusi qaydalar hazırlayıb. Bu barədə "OLAYLAR" İA-ya məlumat verən şuranın sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, yaxın günlərdə həmin qaydaların qəbulu gözlənilir:


"Qaydalara görə, ölkədə fəaliyyət göstərən telekanallar bəzi verilişlərində dəyişiklik etməli olacaq. Məqsəd uşaqların bəzi verilişlərə baxmalarında məhdudiyyət yaratmaqdır. Ona görə telekanallara tövsiyə ediləcək ki, kriminal xarakterli, erotik, dəhşət və zorakılıqla müşayiət olunan filmlər gecə saat 22-dən sonra verilsin. Bu siyahıya ədəbsiz ifadələr işlənilən verilişlər, mentalitetə uyğun olmayan tamaşa və filmlər də daxildir. Hətta uşaqların psixi vəziyyətinə təsir edə biləcək tibbi əməliyyatların göstərilməsi gecə saat 23-dən sonra efirə veriləcək". N.Məhərrəmlinin bildirdiyinə görə, qaydalara əməl etməyən telekanallar cəzalandırılacaq. Əvvəlcə telekanalar cərimə olunacaq. Əgər cərimə ödənilməsə, daha ciddi tədbirlər görüləcək.