17 fevral 2006-cı il tarixində saat 14:30-da UNİCEF-in ofisində QHT Alyansının Yuvenal Ədliyyə işçi qrupuna daxil olan təşkilatların nümayəndələrinin, Ombudsman Aparatının nümayəndəsi Munir Məmmədovun UNİCEF-in nümayəndəsi Dilarə Babayeva və beynəlxalq mütəxəssis Rig Woodla görüşü keçirilmişdir. Görüşdə Azərbaycanda Yuvenal Ədliyyənin ilkin durumu və problemlər haqqında müzakirələri aparıldı və problemin aradan qaldırılması üçün hökümət qurumları, beynəlxalq və yerli təşkilatlarının birgə fəaliyyətinin vacibliyi qeyd olundu. Dilarə xanım UNİCEF-in bu sahədə planları haqqında məlumat verərək bildirdi ki, Yuvenal Ədliyyə sisteminin inkişafı üçün yaxın zamanda Ədliyyə Nazirliyi ilə birgə təlim və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alynasının Milli Əlaqələndiricisi Nabil Seyidov öz növbəsində QHT Alyansının bu sahədə gördüyü işlər haqqında və hal-hazırda hazırlanan dərs vəsaiti və digər maarifləndirmə vəsaitləri haqqında məlumat verdi, yaxın günlərdə başlanacaq ədliyyə sisteminin monitorinqi haqqında məlumat verdi. Nabil Seyidov həmçinin 17 Fevral tarixində Böyük Britaniya səfirliyinin nümayəndələri və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını Azərbaycan üzrə İnsan Hüquqları Proqramının rəhbəri ilə keçirdiyi görüş haqqında məlumat verdi. Görüş iştirakçıları Yuvenal Ədliyyə sisteminin durumu ilə bağlı öz fikirlərini söylədi və yekun olaraq QHT Alyansı, UNİCEF, ATƏT, Britaniya Səfirliyi və yaxın günlərdə fəaliyyətə başlayacaq İnsan Hüquqları üzrə Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyi ilə birgə Yuvenal Ədliyyə sisteminin inkişafı yönündə fəaliyyət göstərməsinin məqsədə uyğun olduğu qeyd olundu.
Görüşdə QHT Alyansının aşağıdakı nümayəndəri iştirka edirdi.
№ Təşkilatın adı Nümayəndənin Adı, Soyadı
1.Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Nabil Seyidov
2.Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Elmari Məmişov
3.«El» İnkişaf Proqramları Mərkəzi Elmira Ələkbərova
4.«El» İnkişaf Proqramları Mərkəzi Adil Ələkbərov
5.Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Dadaş Əhmədov
6.Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının Katibliyinin nümayəndəsi Faiq Ağayev