Zorakılıq və cinayət qurbanları – uşaqların Reabilitasiyası üçün Mərkəz zorakılıq və cinayət qurbanı olan uşaq və ailələrə xidmət göstərən ixtisaslaşmış müəssisə olacaqdır. Onun xidmətləri kənd və şəhərdə yaşayan cinayət, zorakılıq, həmçinin ailədaxili zorakılıq, cinsi zorakılıq, zorlanma və hücuma məruz qalan, emosional və psixoloji zorakılıqdan əziyyət çəkən və tutulma, işgəncə, məcburi yerdəyişmə, vuruşma, istismar, həmçinin əmək istismarı və məcburi fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərdə iştirak, məcburi miqrasiya və yerdəyişmə, valideynlərin və ya digər yaxın şəxslərin itkisi, həmyaşıdlar tərəfindən təzyiq, insan və uşaq hüquqlarının pozulmasının müxtəlif formaları kimi travmatoloji hadisələrin nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaqlara yönəlib.
Cinayət və zorakılıq qurbanları – uşaqlar üçün Reabilitasiya Mərkəzi təbii fəlakətlərin qurbanı olan uşaq və ailələrə təcili psixoloji-sosial yardım göstərəcək və zorakılıq, istismar kimi digər sosial bəlaların qurbanı olan yönəldilən uşaqları qəbul edəcəkdir. Müxtəlif proqramları vasitəsi ilə, Cinayət və zorakılıq qurbanları – uşaqlar üçün Reabilitasiya Mərkəzi təsirə məruz qalmış uşaqların təhlükəli vəziyyətdən çıxa bilmələri üçün yardım sistemini gücləndirməyə ümid edir.