Uşaq Hüquqları Klinikası İnsan Hüquqları üzrə Müvəkkillə (Ombudsman) əməkdaşlıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi  tərəfindən 15 sentyabr 2007-ci il tarixində Bakı şəhərində təsis olunub. 

Uşaq Hüquqları Klinikasının əsas məqsədi Uşaq Hüquqları sahəsində Kliniki Hüquqi Təhsilin inkişafına kömək etmək və Uşaqlara Hüquqi yardım göstərməkdir. Uşaq Hüquqları Klinikasının vəzifələri sırasında Uşaq hüquqlarının təbliği və milli səviyyədə ictimai vəkillik və  maarifləndirmənin təşkili;

Kliniki təhsilin inkişaf etdilrilməsi yolu ilə Uşaq Hüquqları sahəsində hüquqşünasların əməkdaşlığının yaradılması; Uşaqlara pulsuz hüquqi yardımların    göstərilməsi; Uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə məhkəmələrdə müdafiə  işinin həyata keçilrilməsi; Yuvenal ədliyyə sahəsində gənc  hüquqşünasların hazırlanması; Uşaqların Hüquqi müdafiəsi sahəsində ixtisaslaşmış peşəkar hüquqşünasların hazırlanması vəzifələri vardır.