01 Yanvar 2011 –ci il tarixindən Ümidli Gələcək GT ACİ-YF dəstəyi ilə “KÜÇƏ UŞAQLARI ARASINDA ZƏRƏRİN AZALDILMASI” layihəsini həyata keçirir. Layihə “Azərbaycan Uşaqlar Birliyi” təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirir.
Layihənin məqsədi – Küçə uşaqlarının Bakı şəhərinin 3 rayonunda (Nərimanov, Nizami və Xətai rayonlarının əraziləri) aşkar etmək, onlarla maarifləndirmə işlərinin aparmaq, zərərli vərdişləri aşkar etmək, uşaqlara hüquqi, tibbi və sosial xidmətlərin göstərmək, onların lazımi xidmətlərə yönləndirməkdir. Əsas məqsədlərdən biri də küçə uşaqları arasında HİV/AİDS yoluxmanın qarşısının alınması və uşaqların tibbi müyinələrə yönləndirilməsidir. Həmçinin layihə çərçivəsində Quba və Mərdəkanda yerləşən oğlanlar üçün xüsusi qapalı müəssisədə uşaqlarla ğörüşlər nəzərdə tutulur və uşaqların bu sahədə biliklərin artırılması, maarifləndirilmə işlərinin təkil edilməsinə çalışacayıq. Bu da Azərbaycanda uşaqlar arasında cinsi və infeksion xəstəliklərin yayılmasınin qarşısını alacaq. Layihədə 2 autriç işçi, hüquqşünas və sosial işçi fəaliyyət göstərəcək. Autriç işçilərin işini uşaqlarla məntəqələrdə görüşlərin təşkili, onlar vasitəsilə digər uşaqların cəlb edilməsi və təbliğatın həyata keçirilməsi təşkil edir. Hüquqşünas və sosial işçilər uşaqların hüquqi və sosial problemlərini müəyyən edib, onların həll edilməsinə yardım göstərirlər. Azərbaycan Uşaq Birliyi ilə əməkdaşlığın nəticəsi Ümidli Gələcək GT tərəfindən cəlb edilən uşaqların tibbi problemlərinin həll edilməsi və onlara psixoloji dəstəyin təqdim edilməsindən ibarətdir. Qeyd edim ki, layihə çərçivəsində ACİ-YF tərəfindən autriçlər və layihə rəhbərləri üçün “Zərərin Azaldılması” layihəşi çərçivəsində fevral ayında Creasent Beach otelində 4 günlük təlim təşkil edilmişdir. Təlimdə Ukraynadan dəvət olunmuş təlimçi Nataliya Kicenko autriç işinin təşkili və onların fəaliyyətləri haqqında məlumat verdi. Həmçinin 9-10 Mart 2011-ci il tarixində layihə rəhbərləri və mühasiblər üçün ACİ-YF tərəfindən hesabatlığa dair təlim təşkil edilmişdir. Təlimin əsas məqsədi hesabatların vaxtında, dəqiq və etibarlı verilməsi, fəaliyyətlərin dolğun yazılmasını özündə əks etdirirdi. Layihə iştirakçıları üçün təlimlərin sonunda sertifikatların verilməsi də nəzərdə tutulur.