İyulun 19-da Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində təsis olunmuş Uşaq Qaynar Xətt Xidmətinin inkişafına dəstək məqsədi daşıyan, “Culture Helpline” proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçirilmişdir. Bu il onlar Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrineni (Nəzrin Əfəndiyeva) təqdim etməkdən qürur duymuşlar. Bakıdakı konsertdə Nezrine Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını ifa etmişdir. Nezrinin dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov xüsusi olaraq bu tədbir üçün onun ansamblında çıxış etmişdir. Nezrine Tori Eymos, Can-Cak Qoldmandan Mayk Oldfildə kimi müxtəlif musiqi və poeziya mənbələrindən ilham alır. Konsertdən əldə edilən gəlir zorakılığın qurbanı olan və təcili qayğı və müdafiəyə ehtiyacı olan uşaqlara psoxoloji və emosional dəstək verən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin Uşaq Qaynar Xətt xidmətinə hədiyyə edilmişdir.
“Culture Helpline” konserti – Belçika Səfirliyi, Buta İncəsənət Mərkəzi, 19 İyul 2011.
Home
İnsan hüquqları və Demokratiyanın İnkişafı Proqramları
“Culture Helpline” konserti – Belçika Səfirliyi, Buta İncəsənət Mərkəzi, 19 İyul 2011.
LATEST NEWS
Uşağın hüquqları sensasiyadan üstün olmalıdır !
Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda ev...
Risk Qrupundakı Gəncə Təhsil Dəstəyi
Hörmətli izləyicilər!Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına d�...
LATEST EVENTS
Volunteer Psychologists Needed for the Child and Women Helpline Servic
As the Child and Women Helpline Service, we invite volunteer psychologists who want to help children,...
Volunteers Wanted for the Child Helpline!
We invite volunteers who want to work for the protection and welfare of children's rights to join our...