Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyilə ölkənin Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, Neftçala və Füzuli rayonlarinda AZƏRBAYCANIN CƏNUB REGİONUNDA GƏNCLƏR ARASINDA HİV-AİDS və NARKOMANİYANİN PROFİLAKTİKASINA dair MAARİFLƏNDİRMƏ PROQRAMI adli layihə həyata keçirib. Layihənin məqsədi adları göstərilən rayonlarda fəal gənclərin maarifləndirilməsi vasitəsilə HİV/AİDS və narkomaniyaya qarşı ictimai fəallığın səviyyəsinin artırılmasıdır
Layihənin gerçəkləşdirilməsində təşkilatın mütəxəssisləri ilə yanaşı yerli gənclərin gücündən də istifadə edilib, həmçinin, sonradan - layihə başa çatdıqdan sonra da görülən işləri yerli resurslar hesabına davam etdirə biləcək təlimçilər hazırlanıb. Göstərilən rayonlarda təşkilatın könüllüləri yerli könüllülərinin və Gənclər və İdman Nazirliyinin yerli şöbələri tərəfindən səfərbər olunublar.