Doğmaların ölümü - nəyinki böyüklər, uşaqlar üçün də çətin və ağrılı bir sınaqdır. Biz uşaqlara bu istiqamətdə dəstək olmanın bir neçə yollarından və onlar kədərlənən zaman nəyə diqqət edilməsi lazım olan məqamlardan danışacağıq.



?Kədər və itki nədir?



Həm kədər, həm də itki insanlara mühüm psixoloji təsir göstərə bilər. İtki, itirdiklərinin nə vaxtsa qayıdacağı hissi yaradır, kədər isə yaxın bir insanın itirilməsi zamanı insanın verdiyi təbii bir reaksiyadır, məsələn, boşanma və ya yaxın dostun ya da ailə üzvlərindən birinin ölümü buna misal ola bilər. Kədərin ən çətin anı vəziyyətlə barışmaq və ölən insanın heç vaxt geri qayıtmamağını qəbul etməkdir.



?Uşaqlar kədəri necə yaşayırlar?



Uşağın ölümə münasibəti onun yaşından və həyat təcrübəsindən asılıdır. Hər bir uşaq fərqlidir, uşaqların yaşlarından, onların həyat təcrübəsindən, intellektindən və davranışlarından asılı olaraq aşağıdakıları misal göstərmək olar.



?Balaca uşaqlar (5 yaşa qədər) - Onlar ölümün əbədi olduğunu anlamırlar, ona görə də ölən insanın qayıtmağı barədə soruşa bilərlər. Bu hal onların davranışlarında bir sıra dəyişikliklər yarada bilər. Məsələn, valideynlərinə möhkəm yapışıma, inkişafda gerilik, tez-tez baş verən enurez halı və s. Müəyyən müddət sonra qeyd olunan bu kimi hallar yox olmağa başlayır.





?Məktəb yaşlı uşaqlar (6-11 yaş) - Onlar artıq anlayırlar ki, ölüm əbədidir və ailə üzvləri, dostları, digər sevdiyi insanlar nə vaxtsa mütləq öləcəklər. Onlar bu barədə bir sıra suallar verir və nə baş verdiyini anlamağa çalışırlar. Vəziyyəti anlamağa çalışdıqca onlar buna əsəbləşərək, qışqıraraq öz reaksiyalarını biruzə verirlər.




?Yeniyetmə qızlar və oğlanlar - Təxminən 12 yaşdan anlayırlar ki, ölüm onların özü ilə bərabər hər kəsin başına gələ biləcək geri dönüşü olmayan hadisədir. Daim ölümün necə baş verdiyini anlamaq üçün axtarışdadırlar. Hər bir uşaqda buna qarşı davranışlar fərqli olur. Məsələn, bəzi uşaqlar özlərindən çıxır, bəzilərində yaddaş problemləri yaranmağa başlayır və s.




Unutmayaq ki, hər bir uşaq hadisələri özünəməxsus formada qəbul edir və davranışılarını ona görə formalaşdırır. Uşaqların ölüm halına qarşı münasibətləri müxtəlifdir və bu onların yaş dövrlərindən, intellekt səviyyəsindən, ölmüş insanla olan münasibətindən, ailə üzvlərinin reaksiyasından və yaşadığı cəmiyyətdən, onun mədəniyyətindən asılıdır.



 




Reposted from Unicef Azerbaijan