1996-cı ilin 31 aqustunda 120 ölkənin nümayəndəsi Stokholmda toplaşaraq uşaqların kommersiya məqsədilə cinsi istirmarı ilə mübarizə ücün fəaliyyət planı və Stokholm Deklarasiyasını qəbul etdilər. O zaman UKÇİ mövzusu həm hökumətlər, həm də QHT- lər üçün yeni idi. Uşaqlardan cinsi sui-istifadə və istirmara qarşı BMT UHK-nın 34-35-çi maddələrindən savayı heç bir beynəlxalq vasitə yox idi. Konfransdan keçən müddət ərzində Stokholm Deklarasiyasının güçləndirilməsi, və uşaqların qorunması yolunda xeyli fəaliyyətlər qəbul edilib və həyata keçirilib. Yaponiyanın Yokohama şəhərində keçirilən konfrans bu sahədəki problemlərə diqqətin cəlb edilməsinə və müsbət təsirinə stimul oldu.


Təəssüf ki, Azərbaycan bu ölkələr arasında deyildi və bundan əlavə, öz üzərinə heç bir öhdəlik götürməmiş və bu konfransın nətiçəsi ilə bağlı heç bir iş görməmişdi. Buna baxmayaraq, bu, Azərbaycan hökümətini bu problemlərə müdaxilədən azad etmir, belə ki, Azərbaycan BMT-nin UHK-nı və onun protokollarını və Avropanın insan hüquqları müqaviləsi kimi regional sazişlərin üzvüdür.


Qeyd etmək vacibdir ki, Deklarasiyaya qoşulmuş 124 ölkə və çoxsaylı hökumət, təşkilat koalisiya və qrupunun problemin onların ölkəsində mövcud olduğunu qəbul etmələrinə baxmayaraq, onlardan heç biri yaxın gələcəkdə fəal iş aparmaq mövqeyində deyillər. Bu isə çox zaman hökümətin mövqeyini müəyyənləşdirərək, problemin əhəmiyyətinin, yaxud ciddiliyinin inkar edilməsidir, ancaq onların əksəriyyətinin xüsusi vəziyyətdə problemlə necə rəftar etməyə bacarıqları, məlumat və bilikləri, çatmır, bu da çox vaxt ölkədə QHT və digər qrupların passivliyi ilə müəyyənləşir. Bu, qismən hökümətlərin problemlərə ünvanlanmış həvəssiz yanaşması və bütün səviyyələrdə ümumilikdə bacarıqlarının azlığı olması ilə izah olunur.


1998 və 2000-ci illərdə ECPAT Stokholm və Yokohama konfransları ərzində fəaliyyət planları və ya bəyannamələrinin yaradılması və həyata keçirilməsi istiqamətində hər hansı əhəmiyyətli addım atıldığını müəyyənləşdirmək məqsədilə bütün dünyada, o cümlədən Azərbaycanda sorğu keçirdi. Nəticələr göstərdi ki, əksər ölkələr – hökumətlər və QHT-lər – bu istiqamətdə hər hansı fəaliyyət göstərməyib, yaxud buna heç cəhd etməyib. Təəsüf ki, Azərbaycan yenə də heç etməyənlərin siyahısında idi. Baxmayaraq ki, hökumət problemin mövcudluğunu etiraf etdi, ançaq onun mühüm və ciddi olduğunu inkar edərək yaxın gələcəkdə bu vəziyyəti dəyişmək yönündə hər hansı planların olmamasını bildirdi. Stokholm ıə Yokohama konfranslarından sonrakı vəziyyətin təhlili göstərir ki, bu məsələdə heç bir dəyişikdik olmayıb və heç kim bu məsələlərə toxunmayıb. Problem nə Azərbaycan hökumətinin, nə də ölkədə fəaliyyət göstərən QHT-lərin gündəliyinə təxirəsalınmaz plan kimi daxil edilməyib. Buna baxmayaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına daxil olan təşkilatların bir çoxu imkan daxilində uşaq hüquqları ilə bağlı məsələləri əhatə edən layihələrin hər bir halda reallaşdırılması tərəfdarı kimi çıxış edirlər.


Bütün bunları nəzərə alaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ölkə üzrə ilk dəfə olaraq, uşaqlardan cinsi sui-istifadə və onların kommersiya məqsədlərilə cinsi istismarına qarşı layihə hazırlamaq qərarına gəlib. Bu məqsədlə, problemlə bağlı Azərbaycan qanunvericiliyinin təhlili, mövcud vəziyyətin araşdırılması və gələcək addımların atılması məqsədilə xüsusi sorğu həyata keçiriləcəkdir. Bu məqsədlə hazırlanmış sorğu ölkənin müxtəlif qurumları və ictimaiyyət arasında aparılacaqdır.


Sorğu Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən həyata keçirilən və UNİCEF, Kanada Səfirliyi (CİDA), World Vision Azerbaijan və Save the Children Azərbaycan təşkilatları tərəfindən dəstəklənən «BMT-nin Uşaq Hüquqları Komitəsinə Alternativ QHT Hesabatının təqdim edilməsi» adlı layihə çərçivəsində həyata keçirilir.


Problemlə bağlı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 17 Mart 2005-ci il tarixdə saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil edəcəkdir.