Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Ətraf mühit və Sağlamlıq Departamentinin "Tütün tüstüsündən azad Azərbaycan" adlı yeni layihəsini təqdim edir.

Layihə 6 ay müddətində Dekabr 2002- May 2003 tarixlərində həyata keçiriləcəkdir. Artıq layihənin hazırlıq işləri başlanmış və sona çatmaq üzrədir.

Layihənin əsas məqsədləri:

  • ÜST tərəfindən işlənib hazırlanmış Tütünə Nəzarət Çərçivə Konvensiyasını təqdim etmək; Ş Bakı və Azərbaycanın 10 regionunda: Zaqatala, Qax, Lənkəran, Astara, Mingəçevir, Gəncə, Sabirabad, Göyçay, Oğuz və Şəkidə sosial və səhiyyə sahələrində çalışan QHT-lərin "Tütün tüstüsündən azad Azərbaycan" adlı koalisiyasını yaratmaq;
  • əhali arasında tütünə nəzarət prinsipləri və konvensiya barədə məlumat vermək;
  • bu sahədə müxtəlif beynəlxalq və yerli təşkilatlar, dövlət strukturları və Nazirliklərlə əməkdaşlıq edib, lazımi qanunvericiliyin qəbul edilməsinə səy göstərməkdir.

Ümidli Gələcək göstərilən tədbirlərin həyata keçirilməsi üçün müxtəlif çap materiallarından istifadə edəcək. Artıq layihənin ilkin hazırlıq mərhələsində "Tütün tüstüsündən azad Azərbaycan" QHT Koalisiyasının nizamnaməsi, proqramı və dəvətnamələr hazırlanmış və elektron poçt vasitəsilə QHT-lərə göndərilmiş, həmçinin ÜST-nın Azərbaycandakı nümayəndəliyində görüşlər keçirilmişdir. Layihənin həyata keçiriləcəyi dövr ərzində cavabdeh dövlət məmurları: deputatlar, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycanda siqaret çəkənlər, tütün məmulatları, onların keyfiyyəti və xəbərdarlıq yazıları, bu sahədə milli qanunvericilik və tütünə nəzarət prinsiplərinin təbliği və tütündən istifadəyə qarşı mübarizə məsələlərinə toxunulacaq.

Öz növbəsində regionlarda fəaliyyət göstərən QHT-lər əldə edilmiş məlumatları sərbəst şəkildə yerlərdə ictimaiyyət arasında təbliğ edəcəklər.

Ümumdünya Səhiyyə Təşkilatının maliyyə yardımı ilə öz Ətraf mühit və Sağlamlıq Departamentinin "Tütün tüstüsündən azad Azərbaycan" adlı yeni layihəsini təqdim edir.