2007-ci ilin Avqust ayında Daxili İşlər Nazirliyi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi, ATƏT-in Bakı ofisi və Ümidli Gələcək Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalandı. İmzalanmış memorandum çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Daxili İşlər Nazirliyi, UNİCEF, ATƏT-in Bakı ofisi və Böyük Britaniya Səfirliyinin dəstəyi ilə və Böyük Britaniyanın Esseks Universitetinin Uşaq Hüquqları Mərkəzi ilə əməkdaşlıqda ilk dəfə olara pilot şəklində Bakı şəhərinin Nərimanov rayonunda qanunla ziddiyyətdə olan, az ağır və ağır cinayət və digər hüquqpozmalar törətmiş, habelə çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin aparılması və bu uşaqlara qarşı alternativ tərbiyəvi tədbirlərin tətbiqini həyata keçirəcək xüsusi Psixo-Sosial Reabilitasiya və Hüquqi Yardım Mərkəzi yaradılıb.