"HEÇ BIR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ" Milli İctimai Mükafat 2009 (uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılması)


2006-cı ildən etibarən "Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" kampaniyası çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılmasını həyata keçirilir. Bu məqsədlə sorğular keçirərək qalibləri müəyyənləşdirir. Sorğular QHT Alyansına daxil olan və uşaq hüquqlarının müxtəlif sahələri üzrə fəaliyyət göstərən QHT-lərin nümayəndələri arasına keçirilir. Sorğunun nəticəsində qalib olmuş qurum və şəxslərə aşağıdakı nominasiyalar üzrə mükafatlar verilir:

• Uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində ilin dövlət qurumu

• Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində ilin QHT-si

• Uşaq hüquqlarının təbliği sahəsində ilin xeyriyyəçi özəl şirkəti

• Uşaq hüquqlarının müdafiəsi sahəsində ilin adamı

• Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində ilin beynəlxalq təşkilatı

• Uşaq hüquqlarının təbliği sahəsində ilin mətbu orqanı

• Uşaq hüquqlarının təbliği sahəsində ilin televiziya və radio kanalı

Qaliblərin mükafatlandırılması təntənəli şəkildə keçirilir və mərasimdə dövlət qurumlarının, QHT-lərin, KİV-in nümayəndələri, uşaqlar və valideynlər iştirak edirlər.