Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 2003-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə YUNİSEF-in maliyyə dəstəyi ilə "Valideyn-Müəllim Assosiasiyalırının yaradılması" adlı layihə həyata keçirir.


Layihənin ideyası əvvələr mövcud olmuş «Valideyn komitələri»nə alternativ ola biləcək yeni strukturun - «Valideyn-Müəllim Assosiasiyaları»nın yaradılması və həmin assosiasiyaların real fəaliyyətini sınaqdan keçirmək idi. Qeyd etmək lazımdır ki, layihənin uğuru özünü elə ilk dövrlərdən göstərməyə başlayıb. Belə ki, yalnız bir tərəfin, yəni valideynlərin təmsil olunduqları əvvəlki qurumlardan fərqli olaraq yaradılan yeni struktur mövcud problemlərin çözülməsində valideynlərlə müəllimlərin birgə fəaliyyət forması kimi daha səmərəli Layihə çərçivəsində artıq YUNİSEF-in əvvəllər digər tədbirlər həyata keçirmiş olduğu beş pilot məktəblə yanaşı ölkənin müxtəlif regionlarını əhatə edən daha on miəktəb də daxil olmaqla cəmi 15 məktəbdə Valideyn-Müəllim Assosiasiyası (VMA) yaradılıb. VMA-nın formalaşdırıldığı təsis kofnranslarında bu təşkilatların nizamnamələri qəbul olunub, strukturu, fəaliyyət proqramları müəyyənləşdirilib. Təşkilatlarının üzvlərinin saylarının artma prosesi artıq öz işini qörür. VMA-ya həsr edilmiş buklet buraxılıb.


Treninqin əsas məqsədi – bu məktəblərdə VMA-nın yaranma təcrübəsini yaymaq, onların düzqün istiqamətləndirmək, mövcud olan müəllim, valideyn, ümümiyyətlə cəmiyyətin ehtiyatlarını lazımı səviyyədə və düzqün səfərbər edib, övladlarımızın rifahının yüksəldilməsinə yönəltmək, onların bilik səviyyələrinin artmasında VMA-nı əsas köməkçi amillərdən birinə çevirmək idi.


Bu layihənin bir mərhələsi olaraq Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, UNISEF-in Azərbaycandakı nümayəndəliyi və Təhsil Nazirliyi ilə birgə 5-6 fevral tarixində «Valideyn-Müəllim əməkdaşlığı və Valideyn-Müəllim Assosiyasiyalarının İnkişafı siyasətinə dair» I Milli Konfrans keçirəcək. Bu konfransda Azərbaycanın 15 məktəbdən seçilmiş VMA nümayəndələri də iştirak edəcəklər. Bundan başqa, konfransda Azərbaycanın bütün rayon məktəblərinin müdirləri və eləcə də hər məktəbdən seçilmiş xüsusi nümayəndələr çıxış edəcək. Konfransda Təhsil Nəziri-Misir Mərdanov və UNICEF-in Azərbaycandakı nümayəndəsi -Akif Saatçıoğlu da iştirak edəcək.