3 Mart, 2006-ci il tarixində saat 11: 00-da Gəncliyə Yardım Fondunda «Müşviq» Mərkəzinin «Loqopediya» və «Daun sindromunun sirri» -adlı kitablarının təqdim etmə mərasimi keçiriləcək.
Bu layihəni «Müşviq» mərkəzi Açıq Cəmiyyət Institutu-Yardım Fondu və Qaradağ Sement Açıq tipli Səhmdar Cəmiyyətinin dəstəyi ilə həyata keçirib.
Yeni minilliyin astanasında yeni psixoloji-pedaqoji yanaşmalar və fəaliyyət texnologiyaları formalaşır. Ənənəvi qeyri-ənənəvi ilə çulğalaşır. Bu zaman təhsildə şəxsiyyətin istiqamətləndirilməsi, korrektə və inkişaf prinsipi əsas yer tutur.
Bu prinsipin reallaşdırılması təkcə şəxsiyyətin inkişafına və «xüsusi» uşağın sosial inteqrasiyasına deyil, həm də pedaqoqun, valideynin, bütövlükdə ailənin peşəkarlıq və şəxsiyyət baxımından təkmilləşməsinə kömək edir.
Məhz belə sistem yanaşma təqdim olunacaq kitablarda təsvir edilib.
Təqdimat mərasimi Gəncliyə Yardım Fondunda keçiriləcək.
Ünvan: Bakı şəhəri, Cəfərov Qardaşları küçəsi 16 (Bakı Soveti metrostansiyasının yaxınlığında).