Kor və Zəif görən uşaqlar üçün xeyriyyə konserti



Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi artıq altı ildir ki, aktiv fəaliyyət göstərir və bu dövr ərzində 45-dən artıq layihə həyata keçirmişdir. Layihələrin əksəriyyəti əhalinin zəif təbəqələrinə yardım, incəsənət, mədəniyyət, idman, ekologiya, təhsil, iqtisadiyyat, səhiyyə, demokratiyanın inkişafına və bu sahələrdə olan problemlərin həllinə yönəldilmişdir.Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Bakı şəhərində yerləşən Kor və Zəif Görən uşaqlar üçün intiernat məktəbində təhsil alan 300 məktəblini Brayl əlifbası əsasında (nöqtələr) hazırlanmış xüsusi kitablarla təhciz etmək məqsədilə İsveçdən çap avadanlığı almaqı nəzərdə tutan layihə həyata keçirir. Həmçinin bu layihənin əzdində lazımi maliyyə vəsaitini yığmaq üçün Kor və Zəif Görən uşaqlar üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə konsreti təşkil edilmişdir.


Bu layihə ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün lazımi maliyyə vəsaitinin bir həsəsini təşkilatımız artıq UNESKO-nun Koreya Milli Komitəsindən maliyyə almışdır. Ümidli Gələcək Gənclər Təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə 5 iyun 2004-cü il tarixində Bakı şəhərində yerləşən Kor və Zəif Görən uşaqlar üçün intiernat məktəbində xüsusi hazırlanmış otağın açılışı keçiriləcək. Bu layihə çərçivəsində internat məktəbində otaq təmir edilmiş və bu otağa stol, stul, mebel, kompyuter, çap avadanlığı yerləşdirilmişdir. Biz ümid edirik ki, bu avadlanlığın köməyi ilə Kor və Zəif Görən uşaqlar lazımi kitablarla təchiz olunacaq və yüksək keyfiyyətli biliklərə yiyələnəcəklər.