Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi artıq altı ildir ki, respublikada aktiv fəaliyyət göstərir və bu dövr ərzində 45-dən artıq layihə və tədbirlər həyata keçirmişdi. Layihələrin əksəriyyəti əhalinin zəif təbəqələrinə yardım, incəsənət və mədəniyyət, təhsil, insan hüquqları və demokratiyanın inkişafı və bu sahələrdə olan problemlərin həllinə yönəlmişdir. Bu tədbir və layihələrin həyata keçirilməsində təşkilat müxtəlif dövlət qurumları, nazirliklər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Hal-hazırda Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi ilə sıx əməkdaşlıqda "Məhbusların hüquq və azadlıqları" adlı pilot layihə həyata keçirir. Bu layihə çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mütəxəssisləri ilə birgə "Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi və ona müraciət qaydaları, BMT, Avropa Şurası və BMT-nin insan hüquqları və azadlıqlara dair konvensiya və digər beynəlxalq sənədlər, ombudsman təsisatı və ona müraciət qaydaları, İnsan Hüquqları və ayrıca olaraq qadın və uşaq hüquqları, məhkəmə sistemi, məhkəmələrə müraciət qaydaları və s. mövzulara dair xüsusi 4 günlük təlim kurslarının təşkil etmişdir. Pilot layihənin əsas məqsədi QHT və dövlət qurumlarının insan hüquqlarının tədrisi sahəsində əməkdaşlığını dahada artırmaq və seçilmiş təcridxanalar, cəza çəkmə müəssisələri və korreksiya mərkəzində əsasən 14-40 yaş arası olan məhbuslara yuxarıda sadalanan mövzulara dair faydalı biliklərə yiyələnmək imkanı yaratmaqdan ibarətdir.
Bundan əlavə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mütəxəssisləri ilə birgə layihə çərçivəsində mövzuları əhatə edəcək xüsusi təlim kitabıda hazırlanacaq və təlim iştirakçılarına, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər bu sahədə çalışan təşkilat və qurumlara paylanacaqdır.