30 aprel 2008-ci ildə Uşaq Hüquqları Klinikasının rəsmi açılış mərasimi olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqer, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Xanım Sədaqət Qəhrəmanova, ATƏT-in Azərbaycandakı səfiri Xose-Luis Herrero, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Azərbaycanda milli koordinatoru Teymur Məlik-Aslanov, Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov, Nərimanov rayon prokuroru Dürhəsən İmanov , Nərimanov rayon məhkəməsinin sədri Nazim Tağıyev , Nərimanov rayon Polis İdarəsinin rəisi Muradəli Babayev və başqa dövlət orqanlarının nümayəndələri iştirak etmişdirlər.

    Uşaq Hüquqları Klinikasının Direktoru Nazir Quliyev açılış mərasimində tədbir iştirakçılarına Klinikanın yarandığı gündən gördüyü işlər barəsində ətraflı məlumat vermişdir.

    Klinikanın açılış mərasimindən sonra “Yuvenal Ədliyyə sistemində islahatlar” mövzusunda Konfrans öz işinə başladı. Klinikanın fəaliyyəti ilə bağlı ətraflı məlumatları www.crlc.az İnternet səhifəsindən əldə etmək olar.