Bakıda 20-21 may tarixlərində Azərbaycanda Korporativ sosial məsuliyyətin inkişafına həsr olunmuş ilk “Gələcəyə sərmayə” adlı konfrans keçiriləcək. “Park Inn” otelində baş tutacaq bu tədbir “Azercell Telekom” MMC və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının təşkilatçılığı ilə reallaşacaq. İqtisadi İnkişaf Nazirliyi və UNİCEF-in də dəstək verdiyi bu toplantıda həmçinin ölkəmizdə fəaliyyət göstərən iri şirkət rəhbərlərinin, QHT nümayəndələrinin, beynəlxalq ekspertlərin, diplomatik korpusun nümayəndələrinin və jurnalistlərin iştirakı da gözlənilir.

    Konfransın açılışında “Azercell Telekom”un vitse-prezidenti cənab Ali Ağan, UNİCEF-in Azərbaycandakı rəhbəri Haana Singer, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova və Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Anna Derse və “Azpromo” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov çıxış edəcəklər. İki gün davam edəcək tədbirdə Korporativ Sosial Məsuliyyətə həsr olunmuş müxtəlif mövzular müzakirəyə çıxarılacaq. Sosial, humanitar və ekoloji problemlərin həllində biznesin rolu, uşaq əməyinin ləğvində işə götürənlərin məsuliyyəti, korporativ sosial məsuliyyətin inkişafında medianın fəaliyyəti, korrupsiya ilə mübarizədə biznesin rolu, və s. mövzular ətrafından məruzələr dinləniləcək. “Azercell Telekom” MMC-nin vitse-prezidenti Əli Ağan cəmiyyətin rifahının yaxşılaşdırılmasında korporativ sosial məsuliyyətin daşıdığı önəmdən bəhs edəcək. Xarici qonaqlar və beynəlxalq ekspertlər isə konfrans iştirakçılarını inkişaf etmiş ölkələrdə bu sahədəki vəziyyətlə tanış edəcəklər.

    Qeyd etmək yerinə düşərdi ki, “Azercell Telekom” fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Könüllü sosial investisiya qoyuluşlarını həyata keçirən şirkət indiyə kimi Azərbaycanda sоsial prоqramların həyata kеçirilməsi üçün maliyyə, maddi, tехniki, idarəçilik və s. rеsursların qоyuluşunu həyata keçirib. Bu istiqamətdə “Azercell”in öz proqramları ilə yanaşı, yеrli və mərkəzi dövlət оrqanları ilə əməkdaşlıq prоqramlarını, həmçinin qеyri-hökumət təşkilatları və ictimai birliklərlə qurduğu tərəfdaşlığı və KIV-lə infоrmasiya əməkdaşlığı prоqramlarının həyata kеçirilməsini vurğulamaq olar. Daim sosial məsuliyyətə dəyər verən “Azercell Telekom” Azərbaycanın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması naminə müxtəlif layihələr həyata keçirib. Şirkət bu proqramlara son 11 ildə 9 milyon manata yaxın maliyyə vəsaiti sərf edib. Bu layihələr sırasında uşaqların və gənclərin, təhsilin, incəsənətin, idmanın inkişafına yönəlmiş tədbirlərin keçirilməsini, sosial yardıma ehtiyacı olan təbəqələrin dəstəklənməsini, elmin maddi-texniki təchizatının inkişafında və mədəni irsimizin qorunmasına yönəlmiş konfransların və sərgilərin təşkilini, gənclərin işlə təmin olunması üçün “Karyera günləri”nin keçirilməsini qeyd etmək olar. “Azercell Telekom”un ən iri layihələrindən biri olan “Ümid Yeri” küçə uşaqları üçün reabilitasiya mərkəzi və xeyriyyə cəmiyyətinin yaradılmasıdır ki, 10 ildir fəaliyyət göstərən bu təşkilat indiyədək 900-ə yaxın uşağın normal həyata qayıtmasını təmin edib. Fəaliyyəti dövründə “Azercell Telekom” media ilə əməkdaşlığa, bu institutun inkişafına da xüsusi diqqət verir.

    Bu cür misallar çoxdur və onların sayı daha da artmalıdır. “Azərbaycan və Azərbaycan xalqı hər şeyin ən yaxşısına layiqdir” prinsipini əsas tutaraq, “Azercell Telekom” bütün biznes və dövlət qurumlarını, qeyri-hökümət təşkiatlarını Sosial Məsuliyyətə bağlı vəzifələrin dərk edilməsi və reallaşdırılması istiqamətində fəallığa çağlrır və bu istiqamətdə öz fəaliyyətini daim davam etdirmək niyyətindədir.