UNİCEF-in Azərbaycan ofisi ilə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlığa və imzalanmış İllik İş planlarına əsasən, UNİCEF və onun yerli partnyoru olan Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2008-ci ilin Avqust-Oktyabr ayları ərzində yeni layihə həyata keçirir. Həyata keçiriləcək layihə çərçivəsində MDB və Mərkəzi və Şərqi Avropada ilk dəfə olaraq məhz Azərbaycanda pilot olaraq aparılacaq araşdırmanın əsas məqsədi uşaqların sosial inteqrasiyası sahəsində mövcud olan vəziyyəti öyrənməkdən ibarətdir. Araşdırma UNİCEF-in Regional ofisi tərəfindən hazırlanmış və QHT Alyansının yuvenal ədliyyə üzrə milli mütəxəssisləri tərəfindən adaptasiya edilmiş sorğu formaları əsasında aparılacaqdır. Buna nail olmaq üçün Ədliyyə Nazirliyinin tabeliyində olan uşaq tərbiyə müəssisəsi, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulan Bakı və Gəncə şəhərlərində yerləşən məhkəməyədək müvəqqəti saxlama təcridxanaları, habelə Təhsil Nazirliyinin tabeliyində olan Mərdəkan qəsəbəsi və Quba rayonunda yerləşən xüsusi tədris müəssisələrində tərbiyə alan, habelə həmin müəssisələrdə müxtəlif müddətlərdə saxlanılmış və ya tərbiyə prosesinə cəlb edilmiş uşaqların həmin müəssisələrdən azad edildikdən sonrakı vəziyyəti öyrəniləcəkdir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, araşdırma nəticəsində əldə ediləcək məlumatlar müxtəlif tipli müəssisələrdə tərbiyə alan, habelə həmin müəssisələrdən azad edilən uşaqların uğurlu sosial inteqrasiyası qarşısında duran çətinliklərin müəyyən edilməsi və aradan qaldırılmasına, habelə 2007-ci il iyulun 5-də qüvvəyə minmiş "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarının icrasına da töhvə vermiş olacaqdır.
Avropa Regional Sorğusunun Azərbaycanda keçirilməsi
SON XƏBƏRLƏR
Azərbaycan Universiteti və “Ümidli Gələcək” İB əməkdaşlıq edəcək
Azərbaycan Universitetinin yerli tərəfdaşlarının sayı getdikcə artır. Növbəti əməkdaşl�...
YouthCan! layihəsi çərçivəsində uşaqlarla görüş
YouthCan! layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin ...
Antenatal qayğıda ataların rolu: multisektoral görüş
Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən UNFPA tərəfindən həyata ke...
SON TƏDBİRLƏR
Doğmaların İtkisi...
Doğmaların ölümü - nəyinki böyüklər, uşaqlar üçün də çətin və ağrılı bir sına...