Uşaq hüquqlari və uşaq problemlərinə dair analitik məqalələr üzrə müsabiqə.

    2009-cu ilin May ayından etibarən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ACİ-YF, Uşaqların Xilası və Dünyaya Baxış beynəlxalq təşkilatların dəstəyi ilə “Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrası vəziyyətinə” dair QHT-lərin və uşaqların Alternativ Hesabatlarının hazırlanması prosesinə start verib.


Alternativ hesabatın hazırlanması prosesi çərçivəsində QHT Alyansı həmçinin geniş ictimai vəkillik və lobbiçilik kampaniyası təşkil etmək niyyətindədir. Kampaniyanın təşkilində əsas məqsəd müxtəlif uşaq problemlərini daha dərindən araşdırmaq və təhlil etmək, ən kəskin duran uşaq problemlərinə cəmiyyətin və müvafiq dövlət qurumlarının diqqətini cəlb etmək və həmin problemlərin həllinə təkan verməkdir.


Buna nail olmaq üçün QHT Alyansının böyük məmnuniyyətlə “Uşaq hüquqları və uşaq problemlərinə dair Analitik Məqalələr üzrə Musabiqə” elan edir. Müsabiqədə iştiraka QHT Alyansının üzvləri, müstəqil mütəxəssislər və jurnalistlər dəvət edilir.


Məqalələr aşağıdakı mövzular üzrə yazılmalıdır:

1.İlk seriya məqalələr: De-İnstitutlaşdırma və internat müəssisələrində olan uşaqlar, Yuvenal Ədliyyə və Təhsil problemləri;

2.İkinci seriya məqalələr: Səhiyyə problemləri, Əlilliyi olan uşaqların problemləri, Uşaq Hüquqlarının müdafiəsi məsələləri.

3.Üçüncü seriya məqalələr: bu seriya üzrə mövzular Avqust ayının sonunda elan ediləcəkdir.


Müsabiqəyə təqdim ediləcək məqalələrin təqdim edilməsi üçün son tarixlər:

1.İlk seriya məqalələr üçün son tarix 25 İyun 2009-cu ildir.

2.İkinci seriya məqalələr üçün son tarix 25 İyul 2009-cu ildir.

3.Üçüncü seriya məqalələr üçün son tarix 25 Sentyabr 2009-cu ildir.


Məqalələr Rus ve Azərbaycan dillərində yazılmaqla ve redaktə edilmiş halda QHT Alyansına elektron versiyada nzseidov@yahoo. com emailinə yuxarıda qeyd edilmiş son tarixlərədək təqdim edilməlidir. Məqalələrin həcmi: 2-3 A4 formatlı səhifə, Times New Roman 12 şriftilə yazılmış formada olmalıdır.


Məqalələrin tərtibatı qaydaları:

  1. Problemə giriş
  2. Problemin geniş təsviri, faktlar və digər sübutedici təhlillər
  3. Problemdən çıxış yolları, təklif və tövsiyyələr.



Qalib gəlmiş müəlliflərin məqalələrinin onların adı ilə aparıcı qəzetlərdə çap edilməsi nəzərdə tutulur və həmçinin hər bir mövzu üzrə qalib elan edilmiş müəlliflərə 150 manat həcmində pul mükafatı və diplom təqdim ediləcəkdir.