UNİCEF və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birgə Bakı şəhərinin bütün polis idarələrində çalışan polis müstəntiqləri və təhqiqatçıları üçün təlim kursu təşkil edəcəkdir.

    12 iyun 2009-cu il tarixində UNİCEF və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birgə Bakı şəhərinin bütün polis idarələrində çalışan polis müstəntiqləri və təhqiqatçıları üçün təlim kursu təşkil edəcəkdir. Təlim kursunun əsas məqsədi polis müstəntiqlərinin və təhqiqatçıların uşaq hüquqları və yuvenal ədliyyə sahəsində bilik və bacarıqlarının artırılması və onların beynəlxalq təcrübə ilə daha yaxından tanış edilməsidir.


Təlim kursu Daxili İşlər Nazirliyi və UNİCEF arasında 2009-cu il üzrə imzalanmış İllik İş Planına və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu ilin “Uşaq İli” kimi élan edilməsinə əsasən təşkil olunur.


Təlimdə UNİCEF-in Azərbaycandakı nümayəndəsinin vəzifəsinin icraçısı Muhamməd Bendriss Alami, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Teymur-Məlik Aslanov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi və Uşaq Hüquqları üzrə QHT Alyansının əlaqələndiricisi Nabil Seyidov açılış çıxışları edəcəkdir.


Mövzu üzrə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Uşaq Hüquqları Klinikasının və Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin nümayəndələri çıxışlar edəcəklər.


Çıxışlardan sonra hüquq pozuntusuna yol verən uşaqlarla işin təşkilində müstəntiq və təhqiqatçıların rolu və Polis Uşaq Otaqlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılacaqdır.


Eyni zamanda UNİCEF, ATƏT-in Bakı Ofisi və Böyük Britaniya səfriliyinin dəstəyi ilə DİN və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)-la əməkdaşlıqda yaradılmış Uşaq Hüquqları Klinikası və Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat veriləcəkdir.


Təlim Park İnn otelində 9 iyun 2009-cu il tarixində saat 14:30-dan 18:00-dək keçiriləcəkdir. KİV nümayəndələri təlimin açılış hissəsində iştiraka dəvət olunur.