Neftçala rayonunda gənclər arasında HİV/AİDS və narkomaniyanin profilaktikasına dair təlim. 19-20 İyun 2009-cu il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Neftçala rayon İcra Hakimiyyəti və Neftçala rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıqda və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Neftçala rayonunda Gənclər və yerli ictimai təşkilatların fəalları üçün HİV/AİDS və Narkomaniyanın profilaktikasına dair gələcək təlimçilər üçün təlim kursu keçirəcəkdir. Təlimlə yanaşı, bu rayonun əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüşün keçirilməsi də planlaşdırılır.
Təlim zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış təlim kitabı, plakatlar və bukletlər də təqdim ediləcəkdir.
----------------------------------------------------------------
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə ölkənin Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, Neftçala və Füzuli rayonlarında “AZƏRBAYCANIN CƏNUB REGİONUNDA GƏNCLƏR ARASINDA HİV-AİDS və NARKOMANİYANİN PROFİLAKTİKASINA dair MAARİFLƏNDİRMƏ PROQRAMI” adlı layihə həyata keçirir. Layihənin məqsədi adları göstərilən rayonlarda fəal gənclərin maarifləndirilməsi vasitəsilə HİV/AİDS və narkomaniyaya qarşı ictimai fəallığın səviyyəsinin artırılmasıdır. Layihənin gerçəkləşdirilməsində təşkilatın mütəxəssisləri ilə yanaşı yerli gənclərin və gənclər təşkilatlarının resurslarından da istifadə etmək, həmçinin, sonradan - layihə başa çatdıqdan sonra da görülən işləri yerli resurslar hesabına davam etdirə biləcək təlimçilərin hazırlanması da nəzərdə tutulur.