Salyan rayonunda gənclər arasinda HİV/AİDS və Narkomaniyanın profilaktikasina dair təlim. 25-26 İyun 2009-cu il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Salyan rayon İcra Hakimiyyəti və Salyan rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıqda və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Salyan rayonunda gənclər və yerli ictimai təşkilatların fəalları üçün HİV/AİDS və Narkomaniyanın profilaktikasına dair gələcək təlimçilər üçün təlim kursu keçirəcəkdir. Təlimlə yanaşı, bu rayonun əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüşün keçirilməsi də planlaşdırılır. Təlim zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış təlim kitabı, plakatlar və bukletlər də təqdim ediləcəkdir.
Ümidli Gələcək Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə ölkənin Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, Neftçala və Füzuli rayonlarinda “AZƏRBAYCANIN CƏNUB REGİONUNDA GƏNCLƏR ARASINDA HİV-AİDS və NARKOMANİYANİN PROFİLAKTİKASINA dair MAARİFLƏNDİRMƏ PROQRAMI” adli layihə həyata keçirir. Layihənin məqsədi adları göstərilənrayonlarda fəal gənclərin maarifləndirilməsi vasitəsilə HİV/AİDS və narkomaniyaya qarşı ictimai fəallığın səviyyəsinin artırılmasıdır. Layihənin reallaşdırılması isiqamətində artıq xeyli işlər görülüb və ötən həftə analoji təlimlər Neftçala rayonunda gerçəkləşdirilib.
Layihənin gerçəkləşdirilməsində təşkilatın mütəxəssisləri ilə yanaşı yerli gənclərin və gənclər təşkilatlarının resurslarından da istifadə etmək, həmçinin, sonradan - layihə başa çatdıqdan sonra da görülən işləri yerli resurslar hesabına davam etdirə biləcək təlimçilərin hazırlanması da nəzərdə tutulur.