Uşaqların müdafiәsi vә uşaq hüquqlarının tәbliği sahәsindә “heç bir uşağı nәzәrdәn qaçırmayaq” milli ictimai mükafatin Tәqdimati keçirilib  “Heç bir uşağı nәzәrdәn qaçırmayaq” mükafatının tәqdimatı keçirilib. Bu Uşaq hüquqları üzrә Azәrbaycan QHT Alyansı ilә Ailә, Qadın vә Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinin birgә layihәsidir.


“Heç bir uşağı nәzәrdәn qaçırmayaq” Milli İctimai Mükafatı Uşaq Hüquqları üzrә Azәrbaycan QHT Alyansı tәrәfindәn tәsis edilib. Mükafat artıq dördüncü ildir ki, uşaq hüquqlarının tәbliği vә müdafiәsi sahәsindә fәaliyyәti ilә seçilmiş qurum vә şәxslәrә tәqdim olunur. Mükafatın tәsis edilmәsindә mәqsәd uşaqlar üçün vә uşaqlarla işlәyәn tәşkilat vә şәxslәrin fәaliyyәtini qiymәtlәndirmәk, cәmiyyәtin diqqәtini onların işinә yönәltmәkdәn ibarәtdir. Tәsisçilәr mükafatın qaliblәrini müәyyәnlәşdirmәk üçün әhali vә Alyans üzvlәri arasında sorğu keçiriblәr.


Tәdbirdә 7 nominasiya üzrә mükafatlandırma oldu. Uşaq hüquqlarının müdafiәsi sahәsindә gördüyü әvәzsiz işlәrә görә ilin admı nominasiyası üzrә qalib prezident İlham Әliyev seçilib. Digәr mükafatlar isә uşaq hüquqlarının müdafiәsi sahәsindә fәaliyyәtlәri ilә seçilәn qurum vә şәxslәrә verildi.


Mükafat alan Ailә, Qadın vә Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinin sәdri Hicran Hüseynova uşaqları tәbrik edәrәk , uşaqların müdafiәsi istiqamәtindә görülәn işlәrdәn vә uşaq problemlәrinin hәllindә dövlәtin qayğısından danışdı. Qeyd edәk ki, mükafat tәqdim olunan qurum vә şәxslәr sorğu nәticәsindә seçiliblәr.