"BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda Uşaqların vəziyyəti və Uşaq Hüquqları Konvensiyasının icrası vəziyyətinə dair Alternativ QHT Hesabatının" hazırlanması layihəsi çərçivəsində 19-20 Yanvar 2010-cu il tarixində QHT Alyansı katibliyində təlim-seminar keçirilmişdir.    Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Save the Children (Uşaqların Xilası), World Vision (Dünyaya Baxış) təşkilatlarının dəstəyilə həyata keçirilən "BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda Uşaqların vəziyyəti və Uşaq Hüquqları Konvensiyasının icrası vəziyyətinə dair Alternativ QHT Hesabatının" hazırlanması layihəsi çərçivəsində 19-20 Yanvar 2010-cu il tarixində QHT Alyansı katibliyində təlim-seminar keçirilmişdir.

Təlim-seminar UNİCEF-in dəvətilə Azərbaycana gəlmiş BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvü xanım Nevena Vukoviç tərəfindən aparılmışdır. Təlimin əsas məqsədi QHT Alyansına Alternativ hesabatın tərtib edilməsində texniki yardım göstərmək olub. İki günlük təlim zamanı QHT Alyansın üzvləri tərəfindən işçi qruplarda Dövlət Hesabatının ilkin təhlili aparılmış və aşkar edilmiş boşluqlar və narahatçılıq doğuran məqamlar diqqətə çəkilmişdir.

Həmçinin, təlim zamanı hazırlanmış Dövlət Hesabatında BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən 2006-cı ildə verdiyi yekun tövsiyyələrin yerinə yetirilməsinə dair sübutların da olub olmadığı araşdırılmışdır.

Təlimdən sonra 1-2 həftə ərzində QHT Alyansın İşçi Qruplar tərəfindən Dövlət Hesabatının müvafiq sahələri bir daha təhlil ediləcək və yekun rəylər katibliyə təqdim ediləcəkdir.